Modern.az

Nazirlik qoruyucu maskaların satışı ilə bağlı yoxlamalara başlayır

Nazirlik qoruyucu maskaların satışı ilə bağlı yoxlamalara başlayır

11 Noyabr 2009, 19:10

Son günlər Azərbaycanda "donuz qripi"ndən qorunmaq üçün maskalara (resperatorlar) tələbat artıb. Bundan istifadə edən həmin malın apteklərdə satışını təşkil edənlər onun qiymətini qaldırıb və bu malların süni qıtlığını yaradıblar. 
Qoruyucu maskalara tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətinin şişirdilməsi hallarının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birlikdə noyabrın 12-dən etibarən yoxlamalara başlayacaq. Bu barədə Modern.az-a  İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yoxlamalar zamanı qanun pozuntusu aşkar edilən obyektlər barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?