Modern.az

“Halal otel nə deməkdir, belə çıxır ki, qalanları haramdır?”

“Halal otel nə deməkdir, belə çıxır ki, qalanları haramdır?”

2 May 2017, 13:48

“Azərbaycanda turizmlə bağlı böyük işlər görülüb Azərbaycan prezidentinin rəhbərliyi ilə bütün bölgələrdə turizm sahələri yaradılıb. Qış və yay turizmi üçün lazımi şərait var. Bu sahədə nazirlik kifayət qədər iş aparır. Həm turizm, həm də mədəni abidələrin təmir olunaraq, istifadəyə verilməsi, kilsələr, dini obyektlər hər bir turistin diqqətini cəlb edir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Turizm haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.


Deputat qeyd edib ki, bəzi məsələlər birbaşa Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı olmasa da, digərləri ilə bağldır.

“Biz problemlərin aradan qaldırılmasına çalışmalıyıq. İlk növbədə turistlərin kimliyi müəyyən olunmalıdır. Dünyada baş verən hadisələrə nəzərə saldıqda, o zaman turistlərin kimliyinin bilinməsi vacibdir. Həmin şəxslər mənzildə yaşadıqda onların hansı hadisəni törədəcəyi haqqında heç kimin məlumatı olmur. Heç onların şəxsiyyət vəsiqələrinin surəti belə, çıxarılmır. Bu məsələyə diqqətlə yanaşmalıyıq. Biz 5-10 manata görə ölkədəki sabitliyi poza bilmərik”.

Komitə sədri “halal otel”lərlə bağlı da iradını bildirib:

“Digər bir tərəfdən elanlar yazılır ki, “halal otel”. Bu nə deməkdir? Hansı termonoloogiyaya uyğundur? Belə çxır ki, qalanları haramdır, bir bu halaldır? Əgər haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara “halal” adı qoyurdular. İndi də otellərin belə reklamını edirlər. Azərbaycan dünyəvi dövlətdir. Xaricdə otellərə tələb necə qoyulursa, bizdə də elə olmalıdır. Buna nəzarət olunmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qedy edib ki, təhlükəsizliklə bağlı ciddi narahatlığa ehtiyac yoxdur.

“Turistlər sərhəddən və miqrasiyadan keçirlər. Uçota düşürlər. Güman edirəm ki, narahatlığa ehtiyac yoxdur. Təbii ki ayıq-sayıqlıq mütləqdir. Biz hər zaman bu məsələləri nəzərə alırıq və alacağıq”.


Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?