Modern.az

Putinlə Tramp arasında Suriya ilə bağlı önəmli RAZILAŞMA

Putinlə Tramp arasında Suriya ilə bağlı önəmli RAZILAŞMA

Dünya

2 May 2017, 23:24

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığı ilə bağlı rəsmi açıqlama verilib.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin rəsmi məlumatında tərəflərin Suriyada təhlükəsizlik zonası yaratmaq barədə razılıq əldə etdikləri və Suriya xalqının ağrısına son verilməli olduğu bildirilib.

 

 

“Prezident Tramp və prezident Putin Suriya xalqının ağrılarının çox çəkdiyini və münaqişəsinin həddən artıq uzandığını təsdiqləyərək zorakılığa son qoymaq barədə razılıq əldə ediblər. Danışıqlar çox yaxşı idi və özündə təhlükəsizlik zonalarının yaradılmasını, konfliktin deskalasiyasını və s. nəzərdə tutub”.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır