Modern.az

Makronun şansı getdikcə azalır

Makronun şansı getdikcə azalır

3 May 2017, 00:13

Fransada prezidentliyə namizəd “İrəli” hərəkatının lideri, mərkəzçi Emmanuel Makronun qələbə şansı səsvermənin birinci turunun ertəsi gün aparılan sorğunun nəticələri ilə müqayisədə 5 bənd azalıb. Modern.az xəbər verir ki, belə nəticə Elabe kompaniyasının BFMTV telekanalı üçün keçirdiyi rəy sorğusunda əldə olunub.

Sorğuya görə, ikinci turda Makron rəqibi Marin Le Pen üzərində 41 faiz səsə qarşı 59 faiz səslə qələbə qazanacaq. Bundan əvvəlki sorğuda isə Makron 64 faiz səslə liderlik edirdi.

Qeyd olunur ki, “İrəli” hərəkatının lideri ilk turda digər namizədlərə səs vermiş seçicilərin bir qisminin dəstəyini itirib.

Xatırladaq ki, Fransada 11 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu aprelin 23-də keçirilib. Emmanuel Makron 24,01 faiz, Marin Le Pen isə 21,30 faiz səs toplayaraq ikinci tura adlayıb.

Fransada prezident seçkilərinin ikinci turu beş gündən sonra, mayın 7-də keçiriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?