23 may 2017, Çərşənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Bakıdakı küçə musiqiçiləri polisdən, asayiş işçiləri də onlardan narazıdır...
Bakıdakı küçə musiqiçiləri polisdən, asayiş işçiləri də onlardan narazıdır...
03.05.2017, 13:51

Paytaxtın bəzi yerlərində - parklarda, dəniz kənarında, keçidlərdə, insanların axın etdiyi digər məkanlarda müxtəlif musiqi alətlərində ifa edən gənclərə, yaşlılara rast gəlmək mümkündür. Xarici ölkələrdə populyar və gəlir gətirən küçə musiqisi sənəto Azərbaycanda o qədər də qazanclı sahə sayılmır. Bizim küçələrdə çalıb-oxuyan gənc gitaraçılar çox zaman bu işi qazanc üçün yox, sənət və zövq üçün etdiklərini zənn edirlər. Lakin yeni iqtisadi vəziyyət, son vaxtlar insanların gəlirlərinin azalması Azərbaycanda da küçə musiqisini aktuallaşdırıb. Artıq gənclər bu peşəyə cüzi gəlir gətirdiyi üçün qazanc mənbəyi kimi baxırlar.

 

Modern.az saytının əməkdaşı bəzi küçələrdə çalıb-oxuyan gənc gitaraçılarla həmsöhbət olub.


Həmin gənclər bizdən onların çalıb-oxuduqları yerlərin şəkillərini çəkməməyi xahiş etdilər. Səbəbini isə soruşanda dedilər ki, bu onlara çox böyük bir problem olacaq.

“Bizi işləməyə qoymayacaqlar. Bir neçə ay bundan əvvəl bir televiziya kanalı bizi çəkdi və polis əməkdaşları ilə aramızda müəyyən anlaşılmazlıqlar oldu. Bizi harada gördülər qoymurdular işimizlə məşğul olaq. Hansı əsrdə yaşayırıq ki, polis işçiləri küçədə ifa etməyə qoymur?”.


Küçə musiqisinin ifaçıları müsahibə verməkdən də ehtiyatlandılar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayevlə əlaqə saxladıq.

 

Şöbə rəisi bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində küçə ticarəti və digər xidmətlərin göstərilməsinə görə, 80 manat məbləğinə qədər cərimə nəzərdə tutulur:


“Dənizkənarı bulvarda elə gənclər var ki, az qala özlərinin səyyar studiyalarını yaradıblar. Bir-birilərinin səslərini yazırlar, çalıb-oxuyurlar, oynayırlar amma onlara heç kim heç nə demir. Hətta dənizkənarı bulvarda yaşlı bir kişi var ki, balabanda milli musiqiləri ifa edir. Heç kimin də onunla işi yoxdur. Hərəkətin təmin olunması məqsədilə şəhərin bir çox istiqamətlərində yeraltı keçidlər tikilib. Bayıl qəsəbəsindən başlamış “Abşeron” otelin qarşısına qədər olan yerlərdə küçə musiqiçiləri ifa etmirlər. Amma onlar gəlib “Sahil” metrostansiyası və Səməd Vurğun küçəsi tərəfdə olan keçiddə, beş addımlıq yolda çalıb-oxuyurlar. Orada da hərəkətin intensivliyi çoxdur, onlar gəlib orada yolun ortasında yekə bir gitara qutusunun qapağını açıb, gur səslə musiqi ifa edirlər. Bunu da pul qazanmaq məqsədilə edirlər. Onlar əhalinin az olduğu yerlərdə bunu etsələr, polis də heç nə etməz”.

 

İ.Babayev deyib ki, küçə musiqiçilərinin əksəriyyəti yeniyetmə uşaqlardır.

 

“Onlarla tez-tez profilaktik söhbətlər aparılır və buraxılır. Onlara təklif olunsa ki, Bakıda bu qədər qoca, uşaq, əlil evləri və başının qarışmağa ehtiyacı olan insanlar var. Gedib onlara konsert verərlərmi? Gedib onlar qarşısında belə bir təşəbbüs qaldırıblarmı? Küçəni zəbt etməklə deyil ki...”.

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.05.2017, 09:08

Bakıda qadın özünü 8-ci mərtəbədən atdı, sağ qaldı

23.05.2017, 08:53

İngiltərədə dəhşətli terror - 19 ölü, 50 yaralı...

23.05.2017, 08:50

Bu gün 11-ci sinif şagirdləri imtahan verir

23.05.2017, 08:46

Bakıda 66 yaşlı kişi qətlə yetirilib

23.05.2017, 08:45

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

23.05.2017, 00:52

Daha 4 PKK terrorçusu zərərsizləşdirildi

23.05.2017, 00:39

Azərbaycan ilbiz ixracına başlayır

23.05.2017, 00:33

“Ölülərdən ordenləri geri almırlar” - İntihar edən nazirin son yazısı - MARAQLI

23.05.2017, 00:28

Qatıq və qarabaşaq qarışığı, sağlamlıq üçün UNİKAL VASİTƏ

23.05.2017, 00:25

Abituriyentlərə verilən müddət bitdi

23.05.2017, 00:14

Dollar zəifləyəcək

23.05.2017, 00:00

Münaqişə qanlı sonluqla bitdi

22.05.2017, 23:45

Xırdalan sakini şəhərdə canavarla gəzir - VİDEO

22.05.2017, 23:24

İsrail ABŞ-la  İranın nüvə silahı əldə etməsininin qarşısını ala bilər

22.05.2017, 23:07

İslamiadanın bağlanış mərasimi yekunlaşdı - FOTOLAR

22.05.2017, 22:53

Türkiyə və ABŞ arasında qalmaqal böyüyür - VİDEO

22.05.2017, 22:34

İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Türkiyəyə təqdim olunub

22.05.2017, 22:21

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi təşkilatçılıqdan razı qalıb

22.05.2017, 22:05

"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı" - Mehriban Əliyeva

22.05.2017, 21:54

BMT baş katibi Koreyanı raket sınaqlarını dayandırmağa çağırıb

22.05.2017, 21:40

Medvedevlə  Ərdoğan arasında qapalı görüş olub

22.05.2017, 21:24

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi -YENİLƏNİR, FOTOLAR (CANLI YAYIM)

22.05.2017, 20:59

"İran heç vaxt nüvə silahına malik olmayacaq" - Tramp

22.05.2017, 20:46

Azərbaycanda baş həkim xərçəngdən vəfat edib

22.05.2017, 20:30

İki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı RƏSMİ MƏLUMAT

22.05.2017, 20:16

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında anlaşma memorandumu imzalandı

22.05.2017, 20:02

Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

22.05.2017, 19:50

İslamiadanın bağlanış mərasiminin detalları ...

22.05.2017, 18:53

Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə beynəlxalq forum keçiriləcək

22.05.2017, 18:42

Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

22.05.2017, 18:30

Prezident Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirini qəbul edib

22.05.2017, 18:27

İran Trampın Ərəbistan səfərini “tamaşa” adlandırdı

22.05.2017, 18:14

Prezident bu şəxsləri “Şərəf” ordeni ilə təltif etdi

22.05.2017, 18:04

Fatma Səttarovaya prezidentin fərdi təqaüdü verildi

22.05.2017, 17:52

Bədbəxt taleli Azərbaycan filmləri - VII Yazı

ARXİV