Modern.az

Məşhur siyasətçilərin qeyri-adi hədiyyələri...

Məşhur siyasətçilərin qeyri-adi hədiyyələri...

3 May 2017, 22:00

Bütün dövrlərdə tanınmış siyasi liderlər, olkənin baş kürsüsündə əyləşənlər öz həmkarları tərəfindən bayramlar, yubileylər münasibətilə hədiyyələr qəbul ediblər və bu adi, normal hal kimi qəbul olunub. Qeyri-adi olanlar isə yaddaqalan hədiyyələrdir.

Modern.az saytıtanınmış siyasi liderlərin aldığı yaddaqalan hədiyyələrlə bağlı yazını təqdim edir.

İngiltərənin baş naziri olmuş Çerçil 75-illik yubileyində bir çox dövlət başçıları tərəfindən hədiyyələr qəbul edib. Ancaq bu hədiyyələrin arasında ən çox xoşuna gələn İosif Stalinin hədiyyəsi olub. Stalin 75 illik yubiley münasibətilə Çerçilə 75 şüşə konyak göndərib. Hədiyyə baş nazirin o qədər xoşuna gəlib ki, o, Stalinə minnətdarlığını bu cür ifadə edib: “Cənab Stalin, çox təəssüf edirəm ki, bu il 100 illik yubileyim deyil”.

Nikita Xruşovun Kennediyə hədiyyəsi də qeyri-adi olub. Rəsmi ziyafətlərin birində Kennedi Xruşovdan kosmosa uçub qayıdan itlə maraqlanıb, dünyada məşhur olan bu itin küçüklərinin olub-olmadığını da soruşub. Bu söhbəti yaddaşına həkk edən Xruşov qısa bir müddətdən sonra Strelkanın “qızı” Puşinkanı Kennediyə hədiyyə edib.

Corc Buş adətən kovboy stildə olan hədiyyələri xoşlayıb. Amerika prezidentinin zövqünə bələd olanlar ona məhz bu stildə hədiyyələr veriblər. Bu hədiyyələrin sırasında isə ən bahalısını Qazaxstan prezidenti Nursultan Nazarbayev bəxş edib. Onun amerikalı həmkarına hədiyyə etdiyi yəhərin qiyməti 7500 dollar olub.

Almanlar isə Rumınyanın sabiq rəhbəri Çauşeskunu öz qeyri-adi hədiyyələri ilə təəccübləndirə biliblər. Onlar Rumınya liderinə təkərlər üstündə avtobus-iqamətgah bəxş ediblər.Tünd qırmızı rəngdə olan avtobusda sürücünün yataq otağı, xidmət personalının otağı, istirahət və yemək otağı, qarderob, iki mətbəx və VİP kabinet olub. Həmçinin avtobus-iqamətgahda xüsusi işıqlandırma, istilik və rabitə sistemləri quraşdırılıb.

Rəsmi görüşlərin birində SSRİ prezidnti Mixail Qorbaçov və xanımı Risa İngiltərənin baş naziri Marqarit Tetçerə nəfis tərtibatlı bir kitab hədiyyə ediblər. Kitab belə adlanıb: “Kartofdan hazırlanan Belarus yeməklərinin 500 resepti”. Hədiyyəni qəbul edən “dəmir ledi” sonralar məktublarının birində qeyd edib: “Kim rus dilini bilirsə və kartofu sevirsə, biz bu kitabı ona bəxş etməkdən hədsiz dərəcədə sevinib məmnun olarıq”.

Vladimir Jirinovskiyə verilən hədiyyələr az olub, amma samballı olub. İraqın sabiq lideri Səddam Hüseynin bəxşişi Jirinovskini sözün əsl mənasında heyrətləndirib. Səddam Hüseynin ona bəxş etdiyi itin üzərində 60 kq xalis qızıl olub.


İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi