Modern.az

ABŞ xüsusi xidmət rəhbəri: “Rusiya demokratiyaya ən böyük təhlükədir”

ABŞ xüsusi xidmət rəhbəri: “Rusiya demokratiyaya ən böyük təhlükədir”

3 May 2017, 23:25

Rusiya ABŞ-dakı siyasi proseslərə müdaxilə etməkdə davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi Senatda dinləmələr zamanı məlumat verib.

 

Komi Rusiyanı ölkə demokratiyası üçün ən böyük təhlükə adlandırıb.

 

“Rusiyanın xüsusi xidmət orqanları hakerlərlə birgə işləyir və yaxınlarda Yahoo-nun serverlərinə və poçt adreslərinə hücum edərək xeyli məlumat əldə ediblər”.

 

Komi Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı araşdırmaların da davam etdirildiyini deyib.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır