Modern.az

Səhmdar cəmiyyətlərə ayrılan vəsait hesabina müdafiə xərclərini artırmaq təklif olunub

Səhmdar cəmiyyətlərə ayrılan vəsait hesabina müdafiə xərclərini artırmaq təklif olunub

11 Noyabr 2009, 20:00

Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı Qarabağ probleminə toxunub və qeyd edib ki, danışıqların gedişi bədbin notlar yaradır: “Ona görə də biz müdafiə xərclərini artırmalıyıq. Hesab edirəm ki, gələn ilin büdcəsindən ölkəmizin müdafiəsi üçün ayrılan vəsaitə yenidən baxmaq lazımdır. Çünki 2010-cu ildə nəzərdə tutulan müdafiə xərcləri azdır”. Modern.az-ın məlumatına görə, d

eputat Azərbaycanda çox sayda səhimdar cəmiyyətlərin olduğunu və onların əksəriyyətinin biri-birini təkrarladığını dilə gətirib: “Əslində onlar heç bir işlə məşğul olmurlar. Düşünürəm ki, onlara ayrılan vəsait hesabına müdafiə xərclərimizi xeyli artıra bilərik”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?