Modern.az

Gürcüstanda təbii qazın qiyməti artır

Gürcüstanda təbii qazın qiyməti artır

4 May 2017, 00:11

“Gürcüstanda təbii qazın qiymətinin  artması istisna deyil”. Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Tənzimləmə Komissiyası təbii qazın tarif qiymətinin artması ilə bağlı məsələ üzərində işləyir: “Hələlik gözləmək lazımdır. Təbii qazın tarif qiymətinin artması istisna deyil, bunu sonra biləcəyik. Bəlkə qiymət artımı olmayacaq, buna görə də gözləmək lazımdır,” Kaxa Kaladze bildirib.

 

Qeyd edək ki, qaz sektorunda fəaliyyət göstərən şirkətlər təxminən 2 ay əvvəl təbii qazın tarif qiymətini nəzərdən keçirmək üçün Gürcüstanın Enerji Tənzimlənməsi və Su Təchizatı bölməsi üzrə Milli Komissiyasına (GNERC) müraciət ediblər. GNERC şirkətlərin tarif ərizəsi əsasında  ictimai inzibati icraata başlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?