Modern.az

Hansı deputatlar İslam Oyunlarına bilet alıblar...

Hansı deputatlar İslam Oyunlarına bilet alıblar...

4 May 2017, 10:21

12-25 may tarixlərində AzərbaycandaIV İslam Oyunları keçiriləcək. Belə ki, yarışlarda 57 ölkədən olan idmançılar öz qüvvələrini sınayacaqlar. Bununla da ölkələrin sayına görə, Azərbaycan İslam Həmrəylik Oyunlarının tarixində bir ilkə imza atacaq. Yarışları yerli əhali ilə yanaşı, xarici ölkə vətəndaşları da izəlyəcək. IV İslam Oyunlarının açılış və bağlanış mərasimi 12-25 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

Modern.az saytı Milli Məclisin deputatlarının oyunları izləyib-izləməyəcəyi ilə maraqlanıb.

 

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, IV İslam Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcək.

“ Biz həmişə belə tədbirlərdə iştirak edirik. Bu, respublikamıza qürur gətirən amillərdən biridir. Orada iştirak etməyi, o gözəlliyi görməyi kim istəməz ki?”.

 

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də IV İslam Oyunlarının açılış və bağlanış tədbirlərində iştirak edəcək.

“Burada 57 islam ölkəsinin idmançıları mübarizə aparacaq. Bu çox önəmli bir hadisədir. Biz də orada iştirak edəcəyik. Azərbaycanla fəxr edəcəyik ki, dünyaya idman sahəsində meydan oxuyur. Həmçinin bu yarışların keçirilməsi ölkəmizə turist axınına gətirib çıxaracaq. İnsanlarımız kütləvi şəkildə işlə təmin olunacaq. Hamımız üçün də belə tədbirlər çox böyük əhəmiyyət kəsb edir”.

 

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə deyib ki, açılış və bağlanış mərasimləri üçün ona dəvətnamə hələ ki, gəlməyib.

“ Yəqin ki, bir deputat kimi məni açılış və bağlanış mərasimlərinə dəvət edəcəklər. Amma dəvət etməsələr də, bilet alıb orada iştirak edəcəm”.

 

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də IV İslam Oyunlarının açılış və bağlanış mərasimlərində  iştirak edəcək.

“Artıq biletlər də almışam. Mən həmin yarışların açılış və bağlanış mərasimlərini övladlarım və nəvələrimlə birgə izləyəcəyəm”.

 

Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov bildirib ki, mütləq həmin tədbirlərdə iştirak edəcək.

“Bu yarışların keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biridir. Biz də bir vətəndaş kimi həmin yarışlarda iştirak edib, komandalarımıza dəstəyimizi nümayiş etdirməliyik”.

 

İnsan hüquqları komitəsi sədrinin müavini Yevda Abramov deyib ki, rəsmi şəkildə onu  açılış və bağlanış mərasimlərinə dəvət etsələr, məcburən gedəcək.

“Əks halda, vaxt məhduduiyyəti üzündən gedə bilməyəcəm. Çünki vaxt imkanlarım məhduddur. Əgər həmin vaxtlar imkanım olsa, Qubada seçicilərimlə görüşəcəyəm”.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hələ ki, IV İslam Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etmək üçün dəvət edilməyib.

“Əgər dəvət etsələr gedəcəm. Yoxsa getməyəcəm. Çünki dəvətsiz yerə niyə gedirəm ki?”.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib ki,mütləq həmin tədbirlərdə iştirak edəcək.

“Mən həmçinin, maraq dairəmdə olan oyunlara da gedib, baxacam”.

 

 Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir