Modern.az

Milli Məclis qalmaqallı sənədi payızda müzakirəyə çıxaracaq

Milli Məclis qalmaqallı sənədi payızda müzakirəyə çıxaracaq

4 May 2017, 13:13

“"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi artıq tam hazırdır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, qanun layihəsi artıq iş planına da daxil edilib.

“Parlamentdə yaradılan işçi qrup artıq “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində işi yekunlaşdırıb. Sadəcə ardıcıllıq məsələsinə görə, müzakirəyə çıxarılmayıb. “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra isə bu qanun layihəsi gündəliyə salınacaq”.

M.Quliyev deyib ki, qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə daxil edilib və müzakirə edilməsi nəzərdə tutulub",

“Qanun layihəsi 27 maddədən ibarətdir”.


Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan “surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib, Və "surroqat ana" məsələsi xeyli müzakirələrə səbəb olduğundan, o bənd layihədən çıxarılıb. 

 

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi