Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib. Modern.az xəbər verir ki, DİM abituriyentlərin çoxsaylı müraciətləri və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alaraq, bəyan edib ki, 4-22 may tarixlərində aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv olacaq:
I və II kateqoriyaya aid olan abituriyentlər ikinci qəbul imtahanında iştirak etmək və ya elektron ərizələrinə əlavə qeydlər etmək üçün əvvəlki elektron ərizələrinə daxil olmalıdırlar.
Ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə DİM-in saytında şəxsi kabinet yaratdıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituryentlər isə tələb olunan sənədlərlə birlikdə DİM və ya onun Regional Bölmələrinə müraciət etməlidirlər.
Qeyd edək ki, qəbul imtahanlarının 2-ci dəfə iyul ayında keçirilməsi planlaşdırlır...
Modern.az