Modern.az

Ramazan ayı mayın 27-də başlayacaq

Ramazan ayı mayın 27-də başlayacaq

4 May 2017, 16:40

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Ramazan ayının başlanma tarixini açıqlayıb.

Modern.az xəbər verir ki, QMİ-nin məlumatına görə, 2017-ci il üçün Ramazan ayı mayın 27-də başlayacaq.

Ramazan ayının Qədr gecələri iyunun 13-ü, 15-i, 17-si və 21-nə təsadüf edəcək.
 

Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə əlaqədar fətva verəcək.

QMİ-də bildirilib ki, İdarə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir