27 may 2018, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - “Rəhim Qazıyev Qraçovla, Yeltsinlə görüşdü, sonra da məni hakimiyyətdən uzaqlaşdırdılar” - MÜSAHİBƏ
“Rəhim Qazıyev Qraçovla, Yeltsinlə görüşdü, sonra da məni hakimiyyətdən uzaqlaşdırdılar” - MÜSAHİBƏ
04.05.2017, 17:51

Azərbaycanın eks-prezident Ayaz Mütəllibov Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı  Modern.az saytının suallarını cavablandırıb.
 

- Ayaz müəllim, son vaxtlar ailə problemlərinizin olduğu söylənilir. Nə baş verib?

- Yoldaşım əməliyyat olunmuşdu. Qəfildən mədə-bağırsaq problemi ortaya çıxdı. Vaxtında müdaxilə edilməsəydi, pis sonluqla nəticələnə bilərdi. Peşəkar həkimlərimizin köməyi sayəsində həyat yoldaşım sağlamlığına qovuşdu. İndi hər şey yaxşıdır.

- Keçmiş döyüşçü, Qarabağ əlili Qalib Rəhimov saytımıza açıqlamasında deyib ki, 1992-ci ilin 14 mayında Ayaz Mütəllibovun hakimiyyətə gəlməsini Moskva dəstəkləməyib. Səbəb kimi Rəhim Qazıyevin adını çəkib. O zamankı müdafiə naziri ilə münasibətləriniz hansı səviyyədə olub?

- Keçmiş döyüşçünün dedikləri tənqidi yazıdır. 1992-ci ilin 14 mayında bir günlük hakimiyyətə gəldim. Həm xaricdə, həm də daxildə heç kəs məni dəstəkləmədiyindən ölkəni tərk etməli oldum. Rəhim Qazıyev o zaman öz işini görmüşdü. Yaxşı olar ki, bu barədə özü danışsın. Mayın 14-dü Daşkənddə iclas keçirilməli idi. MDB-nin iclası olacağını və gedə bilməyəcəyimi söylədim. Mən də müdafiə naziri olaraq Rəhim Qazıyevi həmin iclasa göndərdim. Həmin görüşdə Qraçovla, Yeltsinlə görüşmüşdü. Sonra da məni hakimiyyətdən uzaqlaşdırdılar.

- Siz də baş verənləri görüb Bakını tərk etdiniz.

- Bakını könüllü olaraq tərk etdim. Başqa yol qalmırdı. Ya silaha əl atıb müxalifətə qarşı çıxmalı idim, ya da kənara çəkilməli. İkinci yolu seçməli oldum. Yeltsinin ətrafında olan “demokratlar” ermənilərin sifarişini yerinə yetirərək, məni hakimiyyətdən uzaqlaşdırdılar.

- Keçmiş döyüşçü yazır ki, o zamankı daxili işlər naziri Tahir Əliyev və Etibar Məmmədov Şuşanın işğaldan azad olunmasına çalışsalar da, Rəhim Qazıyev buna mane olurb. Sizcə, Rəhim Qazıyevin məqsədi nə idi?

- Düzü, Xalq Cəbhəsinin daxilindəki çəkişmələrə rəy verə bilmərəm. Dedikləriniz barədə eşitmişəm, amma təsdiq etməyə ixtiyarım yoxdur. Kimlər ki, o zaman hakimiyyətə gəlməyə can atırdılar, onlar da qalmaqalların mərkəzində qərar tutmuşdular. Qalmaqallı dövr dövlətimizin başına çox böyük bəlalar gətirdi. Təbii ki, sağ olanlar söhbətin nədən getdiyini bilir. Dünyasını dəyişənlər də bilməmiş gediblər.

- Şuşanın işğalının əsas məqsədini gizlətmək üçün İranda atəşkəs elan olunacaq deyə,  Azərbaycan və Ermənistan rəhbərləri İrana dəvət olunmuşdular. Deyilənə görə, bu, hədəfi yayındırmaq məqsədi daşıyırdı. Şuşanın işğal faktının adını İranla bağlamaqda məqsəd nə idi?

- Bunu dəqiq deyə bilmərəm. Ancaq bir dəfə İranda olmuşam.

- İranda prezident Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşünüzün məqsədi nədən ibarət idi?

- Görüş 1991-ci il baş tutub. Həmin görüşdə Yaqub Məmmədov (Milli Məclisin keçmiş sədri) da iştirak edirdi.İranda İslam ölkələrinin iqtisadi müşavirəsində iştirak edirdim. Düzü, Şuşanın işğal faktının adını İranla bağlanmasını düşünülmüş hesab etmirəm. Həmçinin, İrana səfərim iqtisadi iclasla bağlı olub. Məni də dəvət etmişdilər.

- Rəfsəncani ilə görüşən zaman Xocalı faciəsinin törədiləcəyi, ardınca Şuşa və Laçının işğala məruz qalacağı barədə hər hansı bilgilər əldə etmişdinizmi?

- Rəfsəncani ilə görüşdə Qarabağ məsələsini gündəmə gətirdim. Çünki 1991-ci ildə də Xocalıda vəziyyət gərgin idi. Fürsətdən istifadə edib dedim ki, Bakıdan xəbər verirlər ki, Xocalıda vəziyyət gərginləşib. Bizə necə kömək edə bilərsiniz? O da dedi ki, rəsmi şəkildə kömək edə bilməzlər. Amma könüllü dəstələr göndərə bilərlər.

- Səhv etmirəmsə, İrandan Azərbaycana heç bir könüllü dəstə gəlmədi...

- Mənim vaxtımda olmadı. Amma Rəfsəncani dedi ki, xarici işlər naziri Əli Əkbər Vilayətiyə tapşırıq verib. O, məsələnin siyasi yolla yoluna qoyulmasına şərait yarada bilər.

- Keçmiş döyüşçü deyir ki, Şuşada baş verən hadisələri Moskvanın sifarişi ilə general  Şahin Musayev idarə edirdi. Bu barədə nə deyə bilərsiz?

 - Şahin Musayevi xatırlayıram. Həmin dövrlərdə onun fəaliyyəti kölgəli idi.  Sonralar  Azərbaycanı tərk etmişdi. Başqa nəsə demək istəmirəm.

- Sizin Azərbaycanı tərk etməyiniz birmənalı qarşılanmamışdı. Niyə tərk etmək barədə qəfil qərar verdiniz?

- Həmin vaxt Bakını tərk etməsəydim, həyatıma qarşı hər şey ola bilərdi. Azərbaycanda qalsaydım, baş verən bütün hadisələri mənim adımla bağlayacaqdılar. Qan tökmədən könüllü  şəkildə kənara çəkildim.  Burada söhbət həm də ailə vəziyyətimdən gedirdi. Hər an təhlükə vardı. Deyirlər ki, Ayaz Mütəllibov çamadanını da götürüb gedib. Halbuki, Moskvaya portfellə getmişdim.

Ailə vəziyyətinizin təhlükədə olduğunu dediniz. Onları da özünüzlə apara bildiniz?

- Nə aparmaq. Həmin vaxt evə, bağa zəng etdim. Cavab verən olmadı. Ailəmi tapa bilmədim. Məcbur olub Moskvaya getdim.  

Mayın 14-də bir günlük hakimiyyətə gəldiniz. Bəs Şuşanın işğal ərəfəsində nə işlə məşğul idiz?

- Bağda oturub yazı-pozu işi ilə məşğul idim. Xatirələrimdən ibarət memuar yazırdım. Bəzi qüvvələr vardı ki, 1992-ci ilin 14 mayında mənim hakimiyyətə gəlməyimi istəyirdi. Çünki qanuni prezidentə qarşı zor davranış bəslənilmişdi. Məni hakimiyyətdən devirənlər silahlı yolla dövlət çevrilişi etmişdilər.

- Sizi o vaxtlar  “Moskvanın adamı” kimi təqdim edirdilər. Bu, nədən qaynaqlanırdı?

- Bu sözü indi də deyirlər. Necə “Moskvanın adamı” idim ki, Yeltsin (Rusiyanın eks-prezidenti) məni müdafiə etmədi. Xahişimi Moskva qəbul etmədi.

- İstəyiniz nədən ibarət idi ki, Moskva xahişinizə rəy vermirdi?

- Moskvadan heç nə istəmirdim. Sadəcə, Yeltsinə zəng edirdim, o da telefonun dəstəyini götürmürdü.

 

Namidə BİNGÖL

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Cümhuriyyətinin canlı varisi
27.05.2018, 23:15

Azərbaycan Cümhuriyyətinin canlı varisi

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır
27.05.2018, 23:06

Gəncə-Sankt-Peterburq və Sankt-Peterburq-Gəncə reysləri yubanır

“Bu yaz da Şuşaya gedə bilmədik” – Akif Tofiqoğlu yeni kitabını təqdim etdi
27.05.2018, 22:51

“Bu yaz da Şuşaya gedə bilmədik” – Akif Tofiqoğlu yeni kitabını təqdim etdi

Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazanıblar
27.05.2018, 22:38

Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazanıblar

Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı 
27.05.2018, 22:20

Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı 

Türkiyə PKK-ya tarixi zərbə vurdu
27.05.2018, 22:06

Türkiyə PKK-ya tarixi zərbə vurdu

Ermənilər suyumuzu zəhərləyir
27.05.2018, 21:55

Ermənilər suyumuzu zəhərləyir

Dezodorantlar ozon təbəqəsinə zərər verir
27.05.2018, 21:43

Dezodorantlar ozon təbəqəsinə zərər verir

AXC-100-ə  həsr olunan qiraət müsabiqəsinin finalı keçirilib
27.05.2018, 21:31

AXC-100-ə  həsr olunan qiraət müsabiqəsinin finalı keçirilib

Rəsmi Pekin ABŞ-ı suverenliyini pozmaqda günahlandırıb
27.05.2018, 21:14

Rəsmi Pekin ABŞ-ı suverenliyini pozmaqda günahlandırıb

Hindistanda  bu virusdan ölənlərin sayı 14 nəfərə çatıb
27.05.2018, 20:54

Hindistanda  bu virusdan ölənlərin sayı 14 nəfərə çatıb

Ramazanın 12-ci gününün – DUASI VƏ TƏQVİMİ
27.05.2018, 20:40

Ramazanın 12-ci gününün – DUASI VƏ TƏQVİMİ

Saqqız çeynəmək arıqlamağa kömək edir
27.05.2018, 20:28

Saqqız çeynəmək arıqlamağa kömək edir

Polad Bülbüloğlu Bakının Moskvadan əsas gözləntisini açıqladı
27.05.2018, 20:12

Polad Bülbüloğlu Bakının Moskvadan əsas gözləntisini açıqladı

Rikkardo Monako Qran-prisinin qalibi olub
27.05.2018, 20:06

Rikkardo Monako Qran-prisinin qalibi olub

Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib
27.05.2018, 18:37

Azay Quliyevin  Cümhuriyyət haqqında məqaləsi  tanınmış dünya  portalında dərc edilib

Ronaldu “Real”dan gedir?
27.05.2018, 17:52

Ronaldu “Real”dan gedir?

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27.05.2018, 17:13

4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
27.05.2018, 17:02

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı

Biləsuvarda 16 yaşlı qız intihar etdi
27.05.2018, 16:20

Biləsuvarda 16 yaşlı qız intihar etdi

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA
27.05.2018, 16:11

Azərbaycan XİN-dən Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsinə REAKSİYA

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27.05.2018, 16:05

İsmayıllıda 60 kənd işıqsız, 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27.05.2018, 15:57

Türkiyənin məşhur aktyoru yol qəzasında öldü

Fransalı nazir UFAZ-da oldu
27.05.2018, 15:54

Fransalı nazir UFAZ-da oldu

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27.05.2018, 15:35

Məmmədyarovdan Ermənistana MESAJ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27.05.2018, 15:24

Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…

Makron Azərbaycana gələcək
27.05.2018, 15:18

Makron Azərbaycana gələcək

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27.05.2018, 15:08

Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ
27.05.2018, 15:06

"Qarabağdakı hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil" - Fransadan ÇAĞIRIŞ

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27.05.2018, 15:01

Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA
27.05.2018, 14:41

Fransa Qarabağ münaqişəsinin həllinə kömək edəcək - AÇIQLAMA

Çində 6 minə yaxın məmur cəzalandırıldı
27.05.2018, 14:04

Çində 6 minə yaxın məmur cəzalandırıldı

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM
27.05.2018, 13:48

Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu - SƏRƏNCAM

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI   
27.05.2018, 13:43

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI  

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  
27.05.2018, 13:32

Putin canlı yayımda vətəndaşlara CAVAB VERƏCƏK  

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (22.1%)
Meral Akşener (12.6%)
Rəcəb Tayyip Ərdoğan (57.8%)
Selahattin Demirtaş (1.57%)
Temel Karamollaoğlu (0.52%)
Doğu Perinçek (5.26%)