28 may 2017, Bazar
Ana Səhifə - PARLAMENT - Alternativ fikir bildirən deputatlar niyə azalıb...
Alternativ fikir bildirən deputatlar niyə azalıb...
05.05.2017, 12:06

Milli Məclisin son vaxtlar keçirilən iclaslarının müşahidəsi belə bir qənaət formalaşdırıb: müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri çoxluq təşkil etməyə başlayıb. Elə depuatlar var ki, onlar qanun layihələrinin qəbul edilməsi zamanı ancaq “düyməni hərəkətə gətirməklə” məşğul olurlar. Çox az sayda deputat mütəmadi olaraq parlamentin müzakirələrində aktiv iştirak edir, çıxış üçün söz istəyir, mətbuata açıqlamalar verir.

Halbuki, Milli Məclisin deputatı təkcə öz seçicilərini deyil, ümumən xalqı təmsil edən ictimai-siyasi simalardır. Bu baxımdan onların xalqı düşündürən bütün məsələlərin müzakirəsində - istər siyasi, ictimai, sosial, istərsə də insan haqları, media mövzuları olsun - aktiv iştirakı zəruridir. Ancaq əksəriyyəti müzakirəyə çıxarılan məsələlər sanki ona aid deyilmiş kimi davranır, susur,  işini düymə basıb, “hə” deməklə bitmiş sayır...

Müşahidələr deputatlarla bağlı daha bir məsələni üzə çıxarıb.  Milli Məclisin son vaxtlar keçirilən iclaslarında müzakirəyə çıxarılan bütün məsələlərin səsverməsi zamanı hamı bir qayda “lehinə” olur. Nədənsə qanun layihələrinin “əleyhinə” çıxan olmur...

 

Məsələ ilə bağlı Modern.az saytı bir neçə deputatın fikrini öyrənib.

 

Çingiz Qənizadə deyib ki, hansı deputatın ürəyi istəyir istər komitə, istərsə də plenar iclaslar zamanı danışır.

“Deputatlar hansısa bir qanun layihəsi səsverməyə çıxarılmazdan əvvəl müzakirə aparırlar. Hətta sədrin otağında müəyyən müzakirələr olur. Səsverməyə isə hazır sənədlər təqdim olunur. O baxımdan da ola bilər ki, kimlərsə fikir bildirmək istəmirlər. Ona görə də qanunun “lehinə” və ya “əleyhinə” səs verməklə kifayətlənirlər. Bu da normal bir haldır.  Əgər orada hamı danışası olsa, bir qanun layihəsi üçün günlərlə vaxt lazım olar. Plenar iclas zamanı da  deputatlar müəyyən fikirlər bildirir və qanun layihəsinəsəs verir. Hətta qanun layihələrinə etiraz edənlər də olur”.

 

Vahid Əhmədov Milli Məclisin iclasları zamanı qanun layihələrinə etiraz edənlərin olmadığı qənatində deyil.

“Deputatlar hər zaman qanun layihələri haqda öz fikirlərini bildirirlər. Onlara qarşı heç bir təzyiq yoxdur.  Parlamentin spikeri də deputatların təkliflərinə, iradlarına diqqətlə qulaq asır. Əgər lazım olarsa, hətta mövqeyini də bildirir. Deputatlar yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənmirlər. Deputatlarımız hər zaman iclaslarda alternativ fikir ortaya qoyurlar. Nə qədər qanun layihəsinə etiraz edib, geri qaytarmışıq. Hətta neçə qanun layihəsi üzərində mübahisələr də gedib. Mən bunu hər bir deputat barədə deyə bilmərəm. Amma əksər deputatlar qanun layihələri barədə fikirlərini bildirirlər və bəzən əleyhinə də səs də verirlər”.

 

Tahir Kərimli deyib ki, şəxsən o, hər zaman istər komitə, istərsə də digər iclaslarda qanun layihələrinə münasibət bildirib.

“Elə digər deputatlar var ki, hər iclas zamanı fərqli fikirlər səsləndirirlər. Yəni alternativ fikirlər ortaya qoyan deputatlarımız çoxdur. Təkcə qanun lahiyələrinin “lehinə” və ya “əleyhinə” səs verilmir. Əslində siyasi partiyalardan təmsil olunan deputatlar çıxış etməlidir ki, hər şeyi xalq bilsin. Amma biz bunu etmirik. Hər halda parlament etikasını gözləyirik. Öz dediklərimizi ictimailəşdirmirik. Çalışırıq ki, ən prinsipial bildiyimiz məsələlərdə çıxışlar edək, alternativ fikirlər səsləndirək. Mən bu yaxınlarda seçicilərimlə görüşmək üçün Ağsuya getmişdim. Hamı deyirdi ki, “niyə çıxış etmirsiniz? Niyə bizim sözümüzü demirsiniz?”. İzah edim ki, komitə toplantılarında və digər iclaslarda çıxış edirəm. Fərqli fikirlər də ortaya qoyuram. Amma bu eşidilmir və bilinmir. Çünki mətbuatı çox adam oxumur. Amma biz çoxlu sayda alternativ fikir ortaya qoyuruq”.

 

Zahid Oruc bildirib ki, parlamentin iclaslarında alternativ fikirlər səsləndirən onlarla deputat var.

“Parlament üzvü yalnız iclaslarda öz mövqeyini səsləndirmir. Beynəlxalq məkanda, təmsil olunduqları təşkilatlarda Azərbaycanın mövqeyini bildirilər. Həmin iclasların gedişi zamanı qarşıya çıxan sualları uğurla qarşılayan, Azərbaycanın maraqlarını çatdıran deputatlarımız var. Qanun layihələrinin müzakirəsi zamanı çoxlu fərqli fikirlər səsləndirilir. Yalnız qanun layihələrinin “lehinə” və ya “əleyhinə” səs verilmir. Avropa məkanında belə bir söz var. “Publik person”. Bu o anlama gəlir ki, səni tərifləməyəcəklər. Şübhəsiz ki, qanun quruculuğu işində hər zaman özünün axtarışlarını, fərqli-fərqli münasibətlərini göstərən deputatlar var. Ona görə də, bütün parlament üzvlərini vahid bir mexanizmdə, aparatda, orqanda yalnız düyməni hərəkətə gətirən biri kimi təmsilçi adlandırmaq haqsızlıqdır”.

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.05.2017, 12:12

Ölkələr üzrə ən çox satılan avtomobil modelləri – SİYAHI

28.05.2017, 12:06

NATO PA-nın komitə iclasında Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirilib

28.05.2017, 11:58

"Ermənilər işğal etdikləri ərazilərdəki qədim Azərbaycan abidələrini məhv edir"

28.05.2017, 11:47

Sabahın hava PROQNOZU

28.05.2017, 11:34

Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir

28.05.2017, 11:07

İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

28.05.2017, 10:37

Şəmkirdə yaşayış evində partlayış, xəsarət alan var

28.05.2017, 10:27

28 May İstiqlalı nədən yarandı - Cümhuriyyət qurucularının şəxsi xarakteri

28.05.2017, 10:18

Azərbaycanda üzünü dəyişdirənlər var? – Həkim, deputat və kriminalist DANIŞIR   

28.05.2017, 10:16

Türkiyədə 10 PKK terrorçusu məhv edilib

28.05.2017, 10:02

Cəsur qəlblərin azadlıq paytaxtı  

28.05.2017, 10:00

Flippində silahlılar 19 nəfəri öldürüb

28.05.2017, 09:46

Düşmən atəşkəsi 120 dəfə pozub

28.05.2017, 09:32

İftar süfrəsinin bəzəyi olan xurmanın MÖCÜZƏVİ FAYDALARI 

28.05.2017, 09:28

Bir şəklin tarixçəsi: Rəsulzadənin raportu və Osmanlı sultanının sözündə durmağı...

28.05.2017, 00:43

Daşqınlarda ölənlərin sayı artır: 122 ölü, 97 itkin

28.05.2017, 00:27

Taksi sürücüsü fırıldaqçının qurbanı oldu - VİDEO

28.05.2017, 00:16

Masallıda dava zamanı ölən məktəblinin adı bilindi - Yenilənib

28.05.2017, 00:01

Azərbaycan Xalq Cümhuriyyəti: Şərqin ilk demokratik dövləti 100 yaşına qədəm qoydu

27.05.2017, 23:25

Füzuli meydanı ətrafında yol dairəsi ləğv edilib

27.05.2017, 23:08

Respublika Günü Milli Aviasiya Akademiyası və ADA Universitetində qeyd edildi - FOTOLAR

27.05.2017, 22:57

Rusiya təyyarələri Britaniya səmasında

27.05.2017, 22:40

Rusiyanın ən yaşlı aktrisası vəfat edib

27.05.2017, 22:24

Londonda terror təhlükəsi ...

27.05.2017, 22:10

Spirtli içki içən fəhlə yıxılıb öldü

27.05.2017, 21:54

Bərdədə güclü dolu: meyvə ağacları, taxıl zəmilərinə ziyan dəydi

27.05.2017, 21:38

NATO toplantısı Azərbaycanın təklifini qəbul etdi

27.05.2017, 21:24

Mingəçevirdə oğul anasını qətlə yetirdi

27.05.2017, 21:08

Türkiyədə güclü zəlzələ olub

27.05.2017, 20:43

Media qurumunun rəhbəri barəsində həbs qərarı verildi

27.05.2017, 20:26

Ermənistanda gömrük rəisi həbs edilib

27.05.2017, 20:16

Dolu Tovuza ciddi ziyan vurdu

27.05.2017, 20:02

Ağcabədidə 4 metr uzunluğu olan gürzə öldürülüb

27.05.2017, 19:30

“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək

27.05.2017, 17:55

Ötən il  təqaüd alan yaşlı və gənc yazıçıların sayı BİLİNDİ

ARXİV