Modern.az

At-eşşək ətinin səs-küyü dönərxanalara təsir etməyib: “Əksinə, müştərilərimiz artıb!” - REPORTAJ

At-eşşək ətinin səs-küyü dönərxanalara təsir etməyib: “Əksinə, müştərilərimiz artıb!” - REPORTAJ

İqtisadiyyat

6 May 2017, 10:36

Son vaxtlar  bölgələrdən paytaxta xeyli sayda at və eşşək ətlərinin gətirilməsi hallarının şahidi oluruq.  Bir-birinin ardınca baş verən bu hadisələr  cəmiyyətdə rezonans doğurdu. Hətta sosial şəbəkələrdə Bakıdakı  dönərxanaları boykot etməklə bağlı təkliflər qeyd edildi, təşəbbüslər irəli sürüldü.
Aidiyyatı orqanların gördükləri tədbirlərə baxmayaraq, hələ ki at-eşşək ətinin satışına girişənlərin qarşısnı almaq olmur.  Bu ətlərin necə satıldığı barədə müxtəlif fərziyələr səsləndirlir...
Ən ürəkbulandırıcı xəbərlər isə at-eşşək ətinin Bakıdakı dönərxanalara, kolbasa sexlərinə, hətta restoranlara verildiyi barədədir...

Görəsən  bu olaylardan sonra dönərxanalarda vəziyyət necədir? Bu obyektlər müştəri qıtlığı ilə üzləşməyiblər ki?..

Modern.az-ın əməkdaşı şəhərin bir sıra ərazilərində yerləşən dönərxanalara baş çəkərək, mövzuyla bağlı suallara cavab axtarıb.


“Böyükfırat” restoranlar şəbəkəsinin  filial müdiri Yaşar Arsunun sözlərinə görə, Bakıda uzun müddət fəaliyyət göstərən restoranlardn biri də buradır.  20 illik fəaliyəti boyunca restoranda heç bir problem yaşanmadığnı deyən Arsu qeyd edir ki,  son hadisələrdən sonra restoranda heç bir yoxlama aparılmıyıb.

“Bu hadisələr müştəri sayına da təsir etməyib.  Elə  ətrafa nəzər salsanız, bunun şahidi olarsınız. Burada  istifadə olunan əti  rayondan alırıq. Diri formada gətirilən mal-qaranı halal yolla kəsib, filiallar üzrə paylayırq.  Şişdəki dönər gün ərzində 2 dəfə dəyişilir. Havanın temperaturuna nəzarət edilir. İşin gedişatına əsasən şişə  15-20 kq ət  taxılır.  Sonradan lazım gələrsə, 10 kq  da əlavə olunur”.


Metronun “Nərimanov” stansiyasının həndəvərindəki dönərxana sahiblərindən biri isə yalnız “toyuq dönəri” satdıqlarını, at və ya eşşək ətinin satılan dönərlərin arasında əsla yer almadığını deyir. 

“Gündəlik istifadə olunan əti  dükanlardan alırıq.  Gün ərzində dönəri yenisiylə 2 dəfə əvəzləyirik”.
 O, dönər üçün istifadə olunan  toyuq ətin kilosunun 4 manat 50 qəpik olduğunu və müştəri sayının azalmadığını, hətta artdığını qeyd edib.

“Köz dönər&Tantuni” adlı dönər evinin əməkdaşı bildirdi ki, onlarda da vəziyyət normaldır.

“11 ildir fəaliyyət göstərən restoranın bu məsələ ilə bağlı narahatlığı yoxdur. Ət alarkən bizə  fakt kimi halallıq sertifikatı da göstərilir.  Gündəlik istifadə olunan ət  “Banvit” şirkəti tərəfindən verilir. Ətin kilosu  10 manat 50 qəpikdir. Dönərin hər iki  növü- ət və toyuq satılır”.

 

Nəcəf RUSLANOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi