27 iyul 2017, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - “Azəriqaz”dan köçkünlərə gözdağı: 11 qəsəbəyə qaz xətti çəkildi, balon qoydular, açılış edib, getdilər...
“Azəriqaz”dan köçkünlərə gözdağı: 11 qəsəbəyə qaz xətti çəkildi, balon qoydular, açılış edib, getdilər...
06.05.2017, 12:04

Azərbaycan prezidenti məcburi köçkünlər yaşayan və qaz olmayan yerlərdə qazlaşma işlərinə başlanması barədə tapşırıq verəndən sonra Biləsuvar rayonunda yaşayıb, illərdir yanacaq sarıdan min bir əzab-əziyyət çəkən cəbrayıllı didərginlər də sevindilər. Və ölkə rəhbərliyinin Dövlət Neft Şirkətinə (SOCAR) verdiyi tapşırıq əsasında qısa müddət ərzində 16 mindən çox cəbrayıllı  köçkünün yaşadığı 11 qəsəbəyə qaz xətləri çəkildi. Evlərə sayğac da qoyuldu...

Amma bu ilin əvvəlində çəkilişi yekunlaşan qaz xəttini SOCAR və onun “Azəriqaz” İstehsalat Birliyi necə deyərlər, köçkünlər üçün gözdağına çevirdilər...

Qaz xətti çəkildi, amma qaz verilmədi... Gerçək səbəbini bu gün də bilən yoxdur... Halbuki, bu il martın 11-də Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı həmin 11 qəsəbəyə ilk dəfə qaz verilməsini bütün ölkəyə bəyan edən açılış törəni də keçirildi və TV-lər bu mərasimi çəkib yayımladılar... Açılışda SOCAR prezidenti cənab Rövnəq Abdullayevin şəxsən iştirak etməsi, qaz verilişini bildirən simvolik məşəli şəxsən alovlandırması məcburi köçkünlərdə belə bir əminlik yaratmışdı ki, nəhayət onlara da illər sonra mavi yanacaqdan istifadə nəsib olacaq...

Amma açılış mərasimi zamanı məşəlin alovlandırılmasında arxada gizlədilmiş qaz balonundan istifadəni görəndə bəzilərinin dalağı sancmışdı: görəsən bu açılış göstəri xətrinə təşkil olunmayıb ki?.. Nə yazıq ki, bunu düşünənlər yanılmamışdılar...

İndi belə məlum olur ki, bu il martın 11-də açılış mərasimi təşkil olunan qaz xətti sən demə heç həmin qəsəbələrə qaz aparan ana kəmərə belə, birləşdirilməyib... Bir sözlə, SOCAR və onun “Azəriqaz” İstehsalat Birliyi TV-lər qarşısında yaxşı tamaşa təşkil etdilər. Gəldilər, qaz balonu ilə açılış edib, məşəl alovlandırdılar, sonra da o məşəli söndürüb, balonla birgə getdilər...



Cəbrayıl köçkünlərinin yaşadığı 11 qəsəbənin sakinləri indi  bu suala cavab tapa bilmirlər: qazımız nə vaxt veriləcək?

Qəsəbə sakinlərinin Modern.az saytına bildirdiklərinə görə, bu günlərdə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri əraziyə gələrək, qaz xətlərinə baxıb, mənfi rəy veriblər. Məlum olub ki, qəsəbələrin əksər yerlərində qaz xətləri işıq naqillərinin altından çəkildiyinə görə, partlayış üşün ciddi təhlükələr mövcuddur. Çünki köhnəlib çürüyən elektrik naqillərinin hər an qırılıb qaz xətlərinin üstünə düşmək ehtimalı var. Fövqəladə işçilər gedəndə də deyiblər ki, nə qədər ki, qəsəblərdə elektrik xətləri dəyişdirilməyib, kabelləşdirmə aparılmayıb, qaz verilişi də gerçəkləşməyəcək...

İndi 11 qəsəbənin sakinləri “Azəriqaz”la “Azərişıq”ın insafına ümid edirlər... Bu qurumlar gərək öz aralarında danışıb problemə əncam çəkələr ki, köçkünlər də qaz üzü görə bilələr... Sakinlər deyirlər ki, adları çəkilən qurumlara məktub yazıblar, teleqram vurublar... Hələ ki gözləyirlər... Bu gözləməyin neçə ay çəkəcəyi “Azəriqaz”la “Azərişıq”dan asılıdır..    

“Azəriqaz” bu məsələdə Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsini də çətin vəziyyətdə qoyub...
"Dövlətqaçqınkom" məcbur köçkünlərə nə deyəcəyini hələ ki düşünür...

Modern.az
-ın əməkdaşı da məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayıb. Məlum olub ki, qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin məsələdən heç əməlli-başlı xəbəri yoxdur. Çünki İbrahim müəllim “qəsəbələrdə qazın verilişilə bağlı heç bir problem yoxdur” deməklə jurnalisti əməlli-başlı təəccübləndirib.

“Martın 11-də ərazidə işlər yekunlaşıb. Hər bir mənzillə müqavilə imzalanıb, təbii qazın verilişi təmin olunub. Ümumilikdə 4456 abonenti olan bu qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Təbii qazın verilişində heç bir problem yoxdur”, -   “Azəriqaz” rəsmisi deyib.

Abonentlərin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirən qurum rəsmisi deyib ki, əgər hansısa ünvanda qaz yoxdursa, “Azəriqaz” onu ətraflı araşdırıb cavab verə bilər.

Bu da “Azəriqaz”ın cavabı... İndi növbə köçkünlərindi, qazınız gəlmir, buyurun “Azəriqaz”a müraciət edin ki, araşdırsınlar...

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində GƏRGİNLİK
27.07.2017, 18:16

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində GƏRGİNLİK

İlham Əliyev perulu həmkarını təbrik edib
27.07.2017, 18:08

İlham Əliyev perulu həmkarını təbrik edib

Deputat Modern.az-ın Zəhra ilə bağlı təklifini DƏSTƏKLƏDİ: “Çox vacibdir”
27.07.2017, 17:53

Deputat Modern.az-ın Zəhra ilə bağlı təklifini DƏSTƏKLƏDİ: “Çox vacibdir”

Kooperasiya Universitetində keçirilmiş imtahan testlərinin düzgün CAVABLARI   
27.07.2017, 17:47

Kooperasiya Universitetində keçirilmiş imtahan testlərinin düzgün CAVABLARI  

Heydər Əsədov BMT nümayəndəsi ilə müzakirə apardı
27.07.2017, 17:40

Heydər Əsədov BMT nümayəndəsi ilə müzakirə apardı

Azərbaycanın 45 milyard dollarlıq layihəsi sanksiyalardan son anda xilas oldu
27.07.2017, 17:35

Azərbaycanın 45 milyard dollarlıq layihəsi sanksiyalardan son anda xilas oldu

Vətənin başladığı yerdə…
27.07.2017, 17:27

Vətənin başladığı yerdə…

Elmar Məmmədyarov amerikalı spikerlə nədən danışdı...   
27.07.2017, 17:25

Elmar Məmmədyarov amerikalı spikerlə nədən danışdı...  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
27.07.2017, 17:21

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Uzatma dəə…
27.07.2017, 17:05

Uzatma dəə…

Modern.az-ın əməkdaşları müsabiqədə qalib oldular - FOTO
27.07.2017, 17:02

Modern.az-ın əməkdaşları müsabiqədə qalib oldular - FOTO

Şəmkirli ana niyə övladları ilə birgə intihar etdi?- Psixoloqdan AÇIQLAMA
27.07.2017, 16:40

Şəmkirli ana niyə övladları ilə birgə intihar etdi?- Psixoloqdan AÇIQLAMA

Azərbaycanda vəzifəli şəxslər dələduzluğa görə həbs olundular   
27.07.2017, 16:27

Azərbaycanda vəzifəli şəxslər dələduzluğa görə həbs olundular  

Nazir “Gənclər Evi”nə direktor təyin etdi - FOTO
27.07.2017, 16:21

Nazir “Gənclər Evi”nə direktor təyin etdi - FOTO

Ermənistan ordusunda “dedovşina” - Əsgərlər bir-birlərini alçaldırlar - FAKTLAR   
27.07.2017, 16:04

Ermənistan ordusunda “dedovşina” - Əsgərlər bir-birlərini alçaldırlar - FAKTLAR  

Yevlax Xəstəxanasındakı yanğının SƏBƏBLƏRİ - təxliyə edilənlər arasında yataq xəstələri də var
27.07.2017, 15:53

Yevlax Xəstəxanasındakı yanğının SƏBƏBLƏRİ - təxliyə edilənlər arasında yataq xəstələri də var

Saakaşvilinin sürgün həyatı başlayır: “Bunu ən axmaq hökumət edə bilərdi”
27.07.2017, 15:52

Saakaşvilinin sürgün həyatı başlayır: “Bunu ən axmaq hökumət edə bilərdi”

Bakıda ağac kəsən şirkət direktorunu HƏBS ETDİLƏR   
27.07.2017, 15:48

Bakıda ağac kəsən şirkət direktorunu HƏBS ETDİLƏR  

Fatma Abdullazadə: “Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm”
27.07.2017, 15:36

Fatma Abdullazadə: “Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm”

FHN məlumat AÇIQLADI – 48 nəfər ölüb, 161 nəfər yaralanıb
27.07.2017, 15:31

FHN məlumat AÇIQLADI – 48 nəfər ölüb, 161 nəfər yaralanıb

27.07.2017, 15:20

"Azərsu" doktorant hazırlayacaq

Çadranı təbliğ edən məşhur teleaparıcı pivə içərkən yaxalandı - FOTOLAR   
27.07.2017, 15:12

Çadranı təbliğ edən məşhur teleaparıcı pivə içərkən yaxalandı - FOTOLAR  

Azərbaycanda xəstəxana yandı - Bütün işçilər təxliyə olundu   
27.07.2017, 14:55

Azərbaycanda xəstəxana yandı - Bütün işçilər təxliyə olundu  

Abşeronda dəhşət - Qadın özünü körpüdən atdı - FOTO
27.07.2017, 14:54

Abşeronda dəhşət - Qadın özünü körpüdən atdı - FOTO

Qadınlar lider olmaq istəyir, amma... 
27.07.2017, 14:53

Qadınlar lider olmaq istəyir, amma... 

“Zəhra abidəsi elə olmalıdır ki, dünyaya səs salsın” - Heykəltaraş Modern.az-ın təklifini DƏSTƏKLƏDİ   
27.07.2017, 14:44

“Zəhra abidəsi elə olmalıdır ki, dünyaya səs salsın” - Heykəltaraş Modern.az-ın təklifini DƏSTƏKLƏDİ  

Prezidentlərin növbəti görüşü Qarbağa nə vəd edir...   
27.07.2017, 14:37

Prezidentlərin növbəti görüşü Qarbağa nə vəd edir...  

Azərbaycan hərbçiləri “Snayper həddi” və “Artilleriya atəşinin ustaları”nda
27.07.2017, 14:32

Azərbaycan hərbçiləri “Snayper həddi” və “Artilleriya atəşinin ustaları”nda

Jurnalist cibgirlərdən polisə şikayət etdi   
27.07.2017, 14:29

Jurnalist cibgirlərdən polisə şikayət etdi  

Dünən axtarışda olan 20 nəfər tutulub
27.07.2017, 14:07

Dünən axtarışda olan 20 nəfər tutulub

Deputatın Lerikdəki obyektində ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB
27.07.2017, 13:52

Deputatın Lerikdəki obyektində ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB

Rüşvət vermə cinayətləri artıb... - Bəs onlar necə cəzalandırılır?   
27.07.2017, 13:40

Rüşvət vermə cinayətləri artıb... - Bəs onlar necə cəzalandırılır?  

Müəllim olmaq istəyənlərin imtahanından yarımçıq çıxarılan oldumu?
27.07.2017, 13:36

Müəllim olmaq istəyənlərin imtahanından yarımçıq çıxarılan oldumu?

Din xadimi Cümşüd Nuriyevin müsəlman qadınlarla bağlı iddiasını rədd etdi
27.07.2017, 13:29

Din xadimi Cümşüd Nuriyevin müsəlman qadınlarla bağlı iddiasını rədd etdi

Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu elan edildi
27.07.2017, 13:01

Rezidenturanın boş qalan yerlərinə ərizə qəbulu elan edildi

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(3.44%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(51.7%)
- İmtahan testləri çətinləşdirilmişdi(8.62%)
- İmtahanlar asan keçdi(1.72%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(3.44%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.7%)