Modern.az

“Milli Məclisdə Prezident Administrasiyası və Nazirlər Kabinetinin nümayəndəsi olsun”

 “Milli Məclisdə Prezident Administrasiyası və Nazirlər Kabinetinin nümayəndəsi olsun”

Parlament

11 Noyabr 2009, 20:50

Milli Məclisdə büdcə müzakirələrinin birinci günü hökumət əksəriyyət nazirliklərlə təmsil olunub. Sonrakı gün isə yalnız maliyyə naziri Samir Şərifov müzakirələrə qatılıb. Bu isə deputat Elmira Axundova tərəfindən ciddi narazılıqla qarşılanıb. O, qeyd edib ki, seçicilərin problemlərini lazımi ünvanlara çatdırmaqdan ötrü deputatlar aylarla büdcə müzakirələrini gözləməli olurlar: “Ancaq nazirlər bu müzakirələrdə yalnız birinci gün iştirak etdilər. Ona görə də biz bu imkandan məhrum olduq”.

Deputat eyni zamanda Milli Məclislə Prezident Administrasiyası və Nazirlər Kabinetinin əməkdaşlığının daha da genişlənməsi üçün hər iki qurumun parlamentdə nümayəndəsinin olmasını təklif edib. O qeyd edib ki, bu təcrübə digər ölkələrdə də var.

Çıxışı zamanı Elmira Axundova insanlara ünvanlı sosial yardımın verilməsinin əleyhinə olduğunu da söyləyib: “Mənə elə gəlir ki, bu sistem bizdə özünü doğrultmadı. Bilirsiniz, bəzən insanlar ünvanlı sosial yardım almaqdan ötrü əmlaklarını gizlədirlər. Bu da onların ələbaxım olmaları ilə nəticələnir”.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir