Modern.az

Fransa 39 yaşlı Makronu prezident seçdi - Yenilənib

Fransa 39 yaşlı Makronu prezident seçdi - Yenilənib

7 May 2017, 22:16

Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ilkin nəticələrə görə, Emmanuel Makron  65,9 faiz səslə rəqibini üstələyib. “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1 faiz səs toplayıb.

 

21:51

 

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir. Modern.az  xəbər verir ki, birinci turda 24,01 faiz səs toplayan “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və 21,3 faiz səs toplayan Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ikinci turda mübarizə aparırlar.

“İrəli” hərəkatının lideri Emmanuel Makron rəqibi, "Milli cəbhə" partiyasının başçısı Marin Le Peni udur. Belə ki, 4 fərqli təşkilatın məlumatına əsasən, o, seçicilərin 60 faizindən səs qazanıb.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!