Modern.az

Makron Tramp və Putinlə toqquşacaq - PROQNOZ

Makron Tramp və Putinlə toqquşacaq - PROQNOZ

Dünya

8 May 2017, 16:28

Fransanın yeni prezidenti Emmanuel Makron 5-ci respublikanın xarici siyasətində Olland dövrünün status-kvosunu saxlamağa qərarlıdır.

 

Modern.az Qərb KİV-lərinə istinadən xəbər verir ki, Makronun beynəlxalq siyasətdəki yanaşması Vladimir Putin və Fransua Ollandla yanaşmalarından seçilir. Jurnal hələ seçki təbliğatı zamanı Makronun Tramp və Putinlə söz savaşına çıxdığını xatırladır. Məsələn, Makronun partiyası Kremli yerli KİV-dən istifadə edərək onun şəxsi həyatı barədə yalan informasiyalar yaymaqda ittiham edirdi.

 

Yeni prezident Rusiyaya qarşı sanksiyaların da qüvvədə saxlanılacağına söz verib. Digər tərəfdən, Makron Rusiyanın Suriyadakı əsas müttəfiqi Bəşər Əsədin hakimiyyətdə qalmasına qarşıdır. “Suriya xalqının bir düşməni var və o, Bəşər Əsəddir” –deyə Makron seçki zamanı demişdi.

 

Jurnalistlərin fikrincə, Makronun dövründə Rusiya və Fransa arasında münasibətlər mənfi məcraya yönələcək.

“Bu gərginlik Kremlin Makronun partiyasına qarşı kütləvi haker hücumu təşkil etməsi iddasının təsdiq tapması ilə daha da dərinləşəcək” – deyə Qərb mediası iddia irəli sürür.

 

Trampa gəlincə, yanvarda Makron Avropa Birliyini müdafiə edərək ABŞ prezidentinin Brüssel haqda fikirlərini dayaz adlandırmışdı. Bununla belə, o, əməkdaşlığa daim hazır olduğunu da diqqətə çatdırmışdı.

“Makron və Tramp arasında ticarət, qloballaşma, iqlim dəyişikliyi və immiqrasiya sahəsində aralarında fikir ayrılığı olsa da, hər iki lider İslam terroruna qarşı səylərini birləşdirməkdə maraqlıdır".

 

“New York Times” qəzeti Makronun qələbəsini “ümid və optimism qorxu və reaksiya üzərində qələbəsi” adlandırıb.

Bununla belə, şərhçilər Makronun çətin sınaq qarşısında olduğunu düşünürlər. Onların fikrincə. İşsizlik, terror və miqrant axını ilə üz-üzə qalan Fransa cəmiyyəti yeni prezidentdən yardım gözləyir.

 

Eyni zamanda, seçkilərdə Makronun qələbəsinin Kmrelin Avropa Birliyibni ziflətmək barədə planlarının tamamilə iflasa uğraması deməkdir.

 

Vüqar İSMAYILOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?