Modern.az

Misirdə 4000 il yaşə olan məzarlıq tapılıb

Misirdə 4000 il yaşə olan məzarlıq tapılıb

8 May 2017, 23:12

Misirin Luksor şəhərindəki Dra Abu əl-Naqa ərazisində ispaniyalı arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı 4 min il əvvələ aid olduğu ehtimal edilən məzarlıq tapılıb. Modern.az Axar.az istinadən xəbər verir ki, İspaniya Milli Tədqiqat Şurası Misir ikonlarındakı təsvirlərdən bilinən məzarlıqların ilk nümunəsinin məhz bu tapıntı olduğunu açıqlayıb.

Professor Joze Manuel Qalan bildirir ki, e.ə 2000–ci illərə aid edilən həmin qəbiristanlıq qalıqları XII fironluq dönəminə aiddir:

“Hər məzarın üzərində ölən şəxsin vəsiyyəti, simvolik məna daşıyan ağac və bitki adları qeyd edilib. Buradakı məlumatlar bizə yalnız dini inanc və mərasimlərlə bağlı məlumat verməyəcək. Eyni zamanda gündəlik həyat tərzini, ətraf mühiti və hətta iqlimə aid detalları da öyrənmək mümkün olacaq”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər