Modern.az

Qarabağ qazilərinin layihəsi başa çatıb

Qarabağ qazilərinin layihəsi başa çatıb

11 Noyabr 2009, 20:15

“Qarabağ qaziləri” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Əlil və veteranların sosial hüquqlarının vəkilliyi” layihəsi başa çatıb. Bu barədə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri, layihənin rəhbəri Etimad Əsədov məlumat verib. Layihənin məqsədindən danışan E.Əsədov icra planında nəzərdə tutulan işlərin uğurla sona yetdiyini deyib: “Layihədə məqsəd müharibə əlilləri və veteranlarının, eləcə də onların ailə üzvlərini rifah halının yüksəldilməsi üçün əlil və veteranların əmək, sosial və digər hüquqlarının öyrənilməsi, yayılması və təbliği istiqamətində iş aparmaq idi. Eyni zamanda əlil və veteranların övladları üçün ingilis dili kursunun keçirilməsi nəzərdə tutulurdu. Biz layihə çərçivəsində əsasən iki istiqamətdə - “Müharibə əlillərinə növbədənkənar xidmət hüququnun təminatı” və “İmkansız Qarabağ əlillərinin, veteranların və şəhid övladları üçün ingilis dili kursunun təşkili” işi aparırdıq. Birinci iş nəzərdə tutulan vaxtda, özü də uğurla yerinə yetirildi. İmkansız Qarabağ əlillərinin, veteranların və şəhid övladları üçün ingilis dili kursunun təşkilinin vaxtını isə daha uğurlu nəticə əldə etmək üçün təşkilatımızın daxili imkanları hesabına iki ay artırdıq. Artıq bu iş də sona çatıb. On nəfər Qarabağ müharibəsi övladına ingilis dili kursunu uğurla bitirməsi barədə sertifikatlar verilib”. E.Əsədov gələcəkdə də bu istiqamətdə layihələr həyata keçirmək istədiklərini deyib. O, rəhbərlik etdiyi təşkilat adından belə vacib layihələri maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərlərinə öz minnətdarlığını bildirib. ”Modern.az”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi