Modern.az

Bakı-2017: Həndbol yarışları başlayır

Bakı-2017: Həndbol yarışları başlayır

9 May 2017, 09:16

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarına start verilir.

 

Modern.az-ın məlumatına görə, yarışların ikinci günündə kişilər və qadınlardan ibarət komandaların qrup oyunları keçiriləcək.

 

Azərbaycanın kişilərdən ibarət komandası Pakistan, qadınlardan ibarət millisi isə Kamerun yığması ilə qarşılaşacaq.

 

GÜNÜN TƏQVİMİ:

 

09:00 - 21:50

Kişilər Komanda Qrup oyunu A2-A1 (Səudiyyə Ərəbistanı - Əlcəzair)

 

Kişilər Komanda Qrup oyunu B1-B2 (Mərakeş - Türkiyə)

 

Qadınlar Komanda Qrup oyunu A3-A4 (Türkiyə - Özbəkistan)

 

Qadınlar Komanda Qrup oyunu A2-A1 (Kamerun - Azərbaycan)

 

Kişilər Komanda Qrup oyunu A3-A4 (Pakistan - Azərbaycan)

 

Kişilər Komanda Qrup oyunu B3-B4 (İraq - İordaniya)

 

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər