Modern.az

Tarixin ən məşhur casusları - FOTOLAR

Tarixin ən məşhur casusları - FOTOLAR

9 May 2017, 11:53

Dünyanın ictimai-siyasi prosesləri, iqtisadi-diplomatik münasibətləri  təbii şərtlər daxilində öz axarı ilə gedir. Ancaq bu axara böyük güclər, da yön verir. Şübhəsiz ki, xüsusi xidmət orqanlarının da gedişatı öz cizgisindən çıxarmaq üçün strateji planları olur.

 

 

Hədəflərə çatmaq üçünsə məxfi planların strateqləri ilə yanaşı icraçıların peşəkarlığı da çox önəmlidir. İcraçılar isə casuslardır.

 

 

Modern.az saytı dünyanın ən məşhur casuslarını təqdim edir.

 

Əsil adı Marqarita Zelle olan Mata Harini I Dünya Müharibəsi dövründə almanlar öz sıralarına alıblar. Fransa kəşfiyyatı onun almanlar üçün çalışdığını öyrənəndən sonra ona Almaniya əleyhinə işləməyi təklif edib.

 

Zelle bu təklifi qəbul edibmiş kimi görünürmüş.

Lakin fransızlar ona güvənmədiklərindən sınamaq üçün onu Belçikadakı 6 fransız casusun yanına göndəriblər. Bir müddət sonra həmin 6 nəfərlik qrup almanlar tərəfindən aşkarlanıb və güllələnib.

 

Amerikalılar üçün bir vətənpərvər olan Nathan Hale  Amerikanın ilk kəşfiyyat əməliyyatlarını aparan Culper Ring adlı təşkilatın üzvü olub.

 

O, 1776-cı ildə ingilislər tərəfindən ifşa edilib. N. Hale etdiyi əməlləri etiraf edərək peşman olduğunu söyləməsə də, amma buna baxmayaraq 21 yaşında edam edilib.

Hazırda onun ABŞ universitetlərinin birinin  şəhərciyində onun heykəli var.

 

19-cu əsrdə yaşamış  bu məşhur qadın casusun əsl adı Mariya Isabella Boyddur. Amerika vətəndaş müharibəsində Konfederasiya üçün casusluq etmiş olan Boyd Birləşmiş Ştatlar xüsusi xidmət orqanları tərəfindən ələ keçirilərək və həbsə atıldı.

Ancaq o, müharibə başa çatandan sonra isə birliyin zabitlərindən biri ilə ailə qurub.

 

Oleq Penkovski SSRİ Baş Kəşfiyyat İdarəsində Qərbin agenti olub.

 

O, ifşa olunana qədər sovet dövlətinin ballistik raketləri və raket yanacağının tərkibi ilə bağlı 7,5 min səhifəlik dəyərli kəşfiyyat məlumatlarını ABŞ və Britaniya kəşfiyyatına ötürməyi bacarıb.

O, bu materialları müharibə illərində aduditantı  olduğu Sovet İttifaqı Raket qoşunları komandanı marşal Sergey Varentsovun vasitəsilə əldə edib. 1963-cü ildə keçirilən və bütün dünyaya nümayiş etdirilən məhkəmədə edam cəzası alıb və güllələnib.

 

XX əsrin ən məşhur casuslarından biri Bakının Sabunçu qəsəbəsində anadan olan alman Rixard Zorgedir. Bir müddət sonra Berlinə köçərək alman xüsusi xidmətləri ilə əməkdaşlıq edən Zorge marksist olduğuna görə Sovet kəşfiyyatına qoşulmuş, Almaniya və sonralar çalışdığı Yaponiyada qiymətli kəşfiyyat məlumatlarını SSRİ-yə ötürmüşdü.

 

Zorgenin ən qiymətli məlumatı Almaniyanın SSRİ-yə hücum edəcəyi ilə bağlı məlumat idi.

Lakin Moskva bu məlumata inanmayaraq qabaqlayıcı tədbirlər görmədi və buna görə də müharibənin ilk iki ili ərzində böyük qurbanlar verməyə məcbur olub.

 

Hitlerin ən önəmli casuslarından olan Stefani Culianna Hohenloh təhsili və kübarlığı ilə ingilis elitasında yer qazanaraq, siyasi kabinetdən olan önəmli şəxslərlə dostluq edib.

 

Seksual cazibəsindən, gözəlliyindən istifadə edərək nasistlərə önəmli bilgilər verməyə nail ola bilib.

II Dünya Müharibəsi bitəndən sonra Londonda artıq lazımsız birinə çevrilən Stefani Culianna ABŞ-a köçüb. Burada isə Hitlerin psixoloji portretini təsvir edən bir kitabın yazılışında iştirak edib

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir