24 iyul 2017, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Ucqar kənd müəllimi - “Şagird deyir ki, axşam anamın serialı olduğuna görə dərslərimə baxmadı”
Ucqar kənd müəllimi - “Şagird deyir ki, axşam anamın serialı olduğuna görə dərslərimə baxmadı”
09.05.2017, 12:33

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 
 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

Bu dəfəki müsahibimiz Baləkən rayonu Qazbinə kənd orta məktəbinin informatika müəlliməsi Nərmin Həbilovadır.

Gənc müsahib təhsilə, məktəbə olan sevgisini bir faktla özü diqqətə çatdırır. Demək, əvvəlcə, müəllimlər üçün təşkil olunan lazımı imtahandan keçib, peşə məktəbinə təyinat alsa da, ora ilə məhdudlaşmayıb. Magistr pilləsi üzrə təhsil aldıqdan sonra yenidən müəllimlərin işə qəbul imtahanında iştirak edib. Və.... Yaxşısı budur, özünü dinləyək:

-Mən Həbilova Nərmin İslam qızı 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda  riyaziyyat və informatika ixtisası üzrə ali təhsilimi bitirib, müəllimlərin işə qəbul imtahanında iştirak etdim. Həmin il 28 bal toplayaraq, Şəki şəhər Cəfərabad kənd  2  nömrəli peşə məktəbinə informatika müəllimi kimi təyinat aldım. Bu kəndi seçərkən bibimgilin qonşu kəndi olduğunu bilmirdim, təsadüfən olmuşdu. O səbəbdən də  məktəbə gedib-gəlməyimdə heç bir problem yaşanmırdı. Həmin məktəbdə ilk dəfə sinfə girdiyim vaxtlar  yadımdadı.  Peşə məktəbi olduğu üçün əsasını oğlanlar təşkil edirdi, qızlar barmaqla sayılacaq sayda olardılar. Şagirdlərlə tanış oldum; bəziləri yaşca  məndən böyük, bəziləri isə kiçik idilər. Çox gözəl insanlardan ibarət kollektivə isə söz ola bilməzdi.  

Amma təhsilə olan marağım məni 2014-cü ildə işdən çıxaraq, magistraturaya sənəd verməyə vadar etdi. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının kompüter elmləri ixtisasına daxil oldum. 2016-cı ildə oranı bitirəndən sonra yenidən müəllimlərin işə qəbul imtahanında iştirak etdim. Bu dəfə 48 bal toplayaraq,  Balakən rayonu A.Əsgərov adına Qazbinə kənd tam orta məktəbində yenə də informatika müəllimi kimi işləməyə başladım.


Amma tanışları gənc müəlliməyə həmin məktəbə yollanmağı məsləhət bilməyiblər. Deyiblər ki, çox zəif məktəbdir, şagirdləri oxumur və s… Nərmin xanıma isə bütün bunlar maraqlı olmayıb. Məktəbə gedib də, şagirdləri sevib də… Amma həyat elə gətirib ki, oradan da uzaqlaşmaq istəyib:

-Ora getməzdən əvvəl məktəb  barəsində xeyli  mənfi rəylər eşidirdim. Buranı o qədər də  tərifləmir, şagirdlərin  oxumadığını, mənim  boşuna əziyyət çəkəcəyimi dedilər. Əziyyətimə görə təəssüflənənlər də oldu. Hətta “ora getdiyində şagirdlərə gülməyəsən, onlar bizim uşaqlardan fərqlənirlər” kimi sözlər deyən də oldu.  

 

Amma mən artıq o məktəbin müəllimiydim, kim nə istərsə desin, süni görünməkdənsə özüm olmağı, içimdən gəldiyi kimi davranmağı seçmişdim. Kimlərinsə mənə tanıtdıqları uşaqlarla yox,  özüm tanıyacağım uşaqlarla işləməyi seçmişdim.

 

Məktəbdən niyə uzaqlaşmaq istəmədiyinin səbəbini demədik, deyəsən. Eybi yox, aşağıdakı abzasda ilk dərs günü təəssüratları ilə yanaşı, onun da cavabı var:


-2016-cı ilin 15 sentyabrı…. Bu məktəbdə ilk dərs günümdü… Həyəcanlıyam, dəhlizlərdə şagirdlərin səsini eşidirəm. Bəzən, məndən də danışdıqlarının fərqinə varıram.  “Məktəbə təzə müəllimə gəlib”, “kimdi görəsən”, “necə biridi” suallarına cavab axtarmaq üçün tez-tez müəllimlər otağından başlarını salıb içəri boylandıqlarını da görürəm. Bu məni daha da həyacanlandırırdı. “Görəsən, necə olacaq”, deyə içimdə özümə sual versəm də, həyacanı boğmağa çalışırdım. Elə bu anda  adım çəkildi: “Nərmin müəllimə, informatika 3-cü sinfədir, get, ilk dərsin orda olacaq”, dedilər.

Beləcə, getdim. İlk olaraq o sinifə düşməyim yaxşı olmuşdu- Məktəbin ən sakit siniflərdən biri idi. Uşaqlarla söhbətləşdik, tanış olduq, informatikadan bilik səviyyələrini yoxlamaqçün 1 neçə sadə suallar verib, dərsi yekunlaşdırdım. Növbəti dərsim 2-ci, daha sonra isə 11-ci siniflərə oldu.  Günlər,  həftələr keçdikcə məktəbin bütün sinflərinə informatika fənnini tədris etdim və beləcə, bütün məktəbdə dostlaşdıq.


Dərslərim birinci saat olduğu  vaxtlarda məni işə atam aparardı. Ən uzaqdan gələn mən olsam da, məktəbə  hamıdan tez çatardım.
İlk maaşım 15 oktyabr tarixində yüklənmişdi. Təsadüfən həmin gün atamın ad günü idi, tort almışdım. Bu tort  həm işə girməyimin şirinliyi, həm də atama ad günü hədiyyəsi idi. 1 noyabrda isə atam vəfat etdi. Bir müddət məktəbə gedə bilmədim. Şagirdlərimə isindiyim vaxtlar idi, amma işdən çıxmaq istədim.
“Bir daha yenidən şagirdlərimin qarşısına keçib dərs deyə bilməyəcəm, daha onlara üzümdə təbəssümlə baxa bilməyəcəm”, -deyə fikirləşirdim. Beləcə, bir müddət işə getmədim. Sonra işdən çıxmaq qərarımı qətiləşdirib, bu səbəblə  məktəbə yollandım. Həyətə daxil olanda uşaqlar tənəffüsdə idilər, ibtidailər qaçıb mənə sarmandılar,  “müəllimə, Allah atanıza rəhmət eləsin”, dedilər. Özümü onların qarşısında ağlamamaq üçün güclə tutmuşdum, amma kövrəldiyimi hiss etdilər. Yuxarı siniflərdə dərsə girdikcə şagirdlər başsalığı verir, əvvəlki dərslərdə  nadinclik edənlər qarşımda sakit, dinməz dururdular. Biri gülən kimi digəri tez ona xəbərdarlıq edirdi. Hələ yuxarı sinif şagirdləri “müəllimə, evinizə gəlmək istəyirdik, amma tanımadığımıza görə gələ bilmədik”, dedilər.. “Mən necə olub ki, belə şagirdləri atmağı, onlardan ayrılmağı fikirləşmişəm”, deyə öz-özümü günahlandırdım. Məktəbin  müəllim kollektivi də daim yanımda oldu. Beləcə, məni işdən çıxmaq fikrindən yayındırlar. “Məktəbdən çıxmağı yaddan çıxart, işinə davam elə”, dedilər və belə də etdim. Bütün kədərimi qapının arxasında qoyub, sinfə daxil oldum. Hər şeyi  qaldığı yerdən davam etdirməyə başladım..

Gənc müəllimənin ucqar kənddəki ən böyük problemi nəqliyyatla bağlıdır. Amma bu təkcə təhsil işçisinin yox, ümumiyyətlə, o zonada yaşayan çox adamın problemidir. Odur ki, müsahib bu problemə iki dəfə toxunur:

-Qazbinə kəndinin camaatı  ilə  bir münasibətimiz olmayıb, təkcə həmin kəndin müəllimlərini və bəzi şagirdlərin valideynlərini tanıyıram. Onlardan isə ancaq xoş münasibət görmüşəm. Aramızda bir problemimiz olmayıb.

Bəzən, işdən evə qayıdarkən, kənddən olan bütün məktəb işçiləri evlərinə çatsalar da belə,  mən isə hələ də avtobus gözləməli oluram. Hərdən məktəbin qapısını bağlayıb gedən xidmətçilər xeyli müddət avtobus gözlədiyimi görəndə məni evlərinə dəvət edirlər. “Gəlin, müəllimə, qonağımız olun”, deyirlər...

 


Nərmin müəllimə təhsil könüllüsü olub. İşlədiyi ucqar kənd məktəbində də elektron resurslardan faydalanmağı, elektron dərsliklərdən oxuyub, virtual testlər işləməyi aşılayır. Bu, o dərəcədə vərdiş halına çevrilib ki, artıq az qala, bütün məktəb komputer otağının qarşısından ayrılmır. Hər halda özü belə deyir. Dinləyək:


-Məktəbimiz təzə tikilib. Burada informatika fənninin tədrisi üçün kompüterlər, proyektor,  internet imkanımız da var.  Əvvəllər bütün kompüterlər işlək vəziyyətdə olmasa da, indi demək olar ki, hamısı stabildi. Hələ məktəbdəki kompüterdən də əlavə öz  “noutbuk”umu da aparıram. Amma yenə də fərdi şəkildə istifadə üşün kompüterlərin sayı azlıq təşkil edir. Çox vaxt dərsi çatdırmaq üçün proyektordan istifadə edirəm.

Magistraturada təhsil alarkən Təhsil Nazirliyində təhsil könüllüsü kimi fəaliyyət göstərmişdim. Məqsədimiz məktəbin şagird və müəllimlərini elektron dərsliklərdən və testlərdən xəbərdar etmək idi. Bakının bir çox məktəblərində iştirak etmişdik, istər elektron testlərdən istifadə, istərsə də elektron dərsliklərdən istifadə tam ödənişsizdir. Həmçinin, müəllimlər üçün metodik vəsaitlərdə “e-derslik.edu.az” portalında yerləşdirilib. Əvvəllər şagirdlərim bəhanə edərdilər ki, “müəllimə, bəs biz həftəsonunu nənəmgildə, xalamgildə, dayımgildə və s.keçirmişik, buna görə dərsi oxumamışıq”, mən də bu kimi bəhanələrin qarşısını almaq üçün onları “e-derslik.edu.az” saytı ilə tanış etdim. Sayt Azərbaycan dilində olduğu üçün qeydiyatdan  keçməkdə problem çəkməyəcəklərini bildirdim və bir neçə şagirdi özüm qeydiyyatdan keçirdim. Bu üsulu proyektorla nümayiş etdirdikdən sonra özləri sərbəst qeydiyyatdan keçməyi bacardılar. Kitablardan isə istər “onlayn”,  istərsə də “oflayn” rejimində istifadə edə bilərlər. Bundan sonra hələlik o bəhanələri eşitməmişəm. Dərslərini oxuduqdan sonra biliklərini möhkəmləndirmək üçün “e-test.edu.az” portalında qeydiyatdan keçərək,  həm də öz biliklərini yoxlaya bilərlər.


Artıq bizim məktəbdən  şagirdlərdən biri  həmin saytda riyaziyyat fənni üzrə respublika birincisidir. Digəri isə ana dili fənni üzrə hələlik respublika üzrə  yeddinci yerdədir. Amma qarşısına məqsəd qoyub ki,  o da birinci olsun. Digər şagirdlər də bu testlərdən  daim istifadə edirlər. Amma onlar hələlik,  o ikisindən geridə  qalırlar. Hər tənəffüs kompüter sinfinin qabağına gəlir,  “müəllimə 5 dəqiqəlik test işləyək, sonra dərsimizə gedərik”,  deyirlər. İnanın, təkcə  bir sinfin 4-5 şagirdi gəlmir. Dörddən on birinci siniflərə qədər az qala, bütün uşaqlar qapının qarşısına eyni xahişlə düzülürlər.  “Filankəs məndən çox toplayıb, geri qalmışam, qoyun,  bu dəfə də istifadə edim” kimi xahişləri eşitmək çox xoşdur.

Məktəbin bir sinfi üçün kompüterlərin sayı azlıq təşkil etdiyi halda, əlbəttə ki, bütün məktəb üçün də ümumiyyətlə yer olmaz.

Kompüter sinfində növbəylə hamının  istifadə etməsinə çalışıram. Hər hansı bir testdə səhv cavab tapdıqlarında əlində kitab cavabın niyə  yalnış olduğunu, düzgün variant  tapıb müəllimlə birgə sualın cavabını tapmağa çalışdıqlarını görürəm. Bu hal məni də sevindirir...

Gənc müəllimənin sözlərinə görə, onu öz müəllimlərinin qarğışı tutub. Hansı mənada deyir, nəyi nəzərdə tutur, ona özü aydınlqı gətirəcək. Amma dediyinə görə, özü heç vaxt şagirdlərini qarğamır:

 

-Müəllimlərimiz şagirdkən bizi qarğımışdılar- “siz də müəllimə olun, sizin də özünüz kimi şagirdləriniz olsun”. Məni müəllimlərimin  qarğışı tutub; özüm kimi istəkli, tələbkar, çox sual verən, qarşısına məqsəd qoyan və məqsədinə çatan şagirdlərim var. Təbii ki, hamısı belə deyil, tənbəlləri də  var... Amma onlar nə qədər dəcəllik etsələr, yenə də bu sözləri  dilimə gətirə bilmirəm: “sizin də qarşısınıza sizin kimi şagirdlər çıxsın”


Uşaqları dərsə daha da həvəsləndirmək üçün hər summativdən sonra bütün suallara düzgün cavab verənləri sinfin birincisi elan edirik. Onlara simvolik olraq, sinfin birincisi sertifikatını veririk.

 


Həə, hazır olun, indi maraqlı bir məsələyə toxunacağıq. Həmin məsələ bu gün paxtaxtda da, bölgələrdə də demək olar, eynidir. Nərmin xanım bunu çox lazımı yerdə qeyd edir və əsaslandırır. Nədir?- Serial problem. Zarafat etmirəm.  Gəlin, özündən eşidək:


-Müəllimlər əziyyət çəkdikləri qədər, valideynlər də əziyyət çəksələr, yaxşı olar. Keçirilən dərs bəzən, elə sinifdə qalır. Summativlərdə nəticəsi pis olan şagirdlərdən “keçdiyimiz dərsləri təkrar etməmişdinmi evdə”, soruşanda maraqlı cavablar verirlər: “Müəllimə,  hər informatika dərsi olan günün axşamı anamın serialı olur, dərslərimə  baxmır”. Yaxud, “ay müəllimə, atamın kompüteri var, amma deyib ki, qız uşaqlarına kompüter olmaz, ona görə də  evə gətirmir”, “bizim evdə kompüter var, amma  qardaşım deyir, sən uşaqsan,  olmaz” .

Xalq yazıçısı Çingiz Abdullayevin bir sözü var: “Yeganə xalqıq ki, müəllimə pul veririk ki, mənim uşağıma qiymət yaz,  oxumasın”. Yox, arxayın olun. Ucqar  kənddə heç bir rüşvət-filan hadisəsi olmayıb. Lakin orada da qiymət davası necə lazımdısa, gedir:

-Çox şükür,  məktəbimizdə hər bir şərait var. Amma müəllimlərlə bərabər, valideynlər də çalışsalar,  nəticə daha da yaxşı olar. Yoxsa, ilin sonunda “mənim uşağıma “4” yazmısan, onu “5” etməlisən, “3” yazmısan, amma  keçən il “5” alırdı, əlaçı idi, qiymətini düzəltməlisən” deyərək müəllimin üstünə düşürlər.

 

Bəzi valideynlər uşaqlarıyla çox maraqlanır, vaxtları olduqca dərsdə otururlar. Ən çox da ibtidailərdə bəziləri qiymət davası edir; “filankəsin uşağı “5” alıb, mənimkinə “4” niyə vermisən?” deyirlər. Halbuki,  onun dediyi o filankəsi də mən tanımıram, qiyməti uşağın savadına, biliyinə yazmışam. Bəziləri də uşaqlarını elə-belə,  attestat üçün dərsə göndərirlər. Onları nə qiymət maraqlandırır, nə də göndərilən xəbərdarlığa fikir verirlər. 45 dəqiqə ərzində də həmin uşaqlara nəsə öyrətmək əlbəttə ki,  çətin olur...


Gənc müəllimədən kənddə nə kimi sosial problemlərin olduğunu soruşuruq. Təbii, başqa problemlər da var, amma söhbət hərlənib-fırlanıb, yenidən “avtobusa minir”

-Elə vaxtlar olub ki, bir saata yaxın yolda qalıb, avtobus gözləmişəm.  Avtobuslar çox köhnə və çox balacadır. Bəzən, daha əvvəlki dayanacaqlardan  dolu gələn avtobus  yolda qalan başqa sərnişinləri  götürmür. Beləcə, yolda qalırıq. Evə qayıdanda yer olmadığına görə dəfələrlə yolda qaldığım vaxtlar olub.  Kəndimizdə əksər evlərdə ev telefonu və internetin olmaması da problemlərdən biridir. Yeni, maraqlı layihələr olur Şagirdlər üçün  idman, rəsm, şeir,  mahnı həmçinin,  digər sahələrdə maraqlı müsabiqələr keçirilir. Onları həmin layihələrə qoşmaq istəyirəm, yeniliklərdən xəbərdar etmək istəyirəm. Amma evdə internetim olmadığı üçün ən son özüm bu yeniliklərdən  xəbər tuturam.  

-Yaxşı, bəs aldığınız maaş sizi qane edirmi? 

-Aldığım maaş  bəs edir. Dövlət əlavə yolpulu da verir. Vaxtında ala bilirik.

-Çalışdığınız məktəbdə müəllimlərin vahid geyim  forması var? 

-Bircə qadın müəllimələri şalvar geyməyə qoymurlar, başqa vahid forma tələb etmirlər.

“Süfrə əhvalatı”

-Bir gün məktəbdaxili yoxlama gəlib ikinci sinfə suallar verirdi. Suallardan biri belə idi: “Kompüter açılan zaman ilk görünən görüntüyə nə deyilir”. İlahə adlı şagird  “ay müəllimə, mən deyim, can müəllimə, sualın cavabını mən bilirəm” dedi. Biz də icazə verdik. O  da cavab  olaraq “süfrə” dedi. O vaxt hamımız güldük. Yoxlama da davam edib “bəs, o süfrədə nə olur” soruşanda qız qayıdıb  “kitab, qələm, dəftər” cavabını verdi.  Yoxlama “bəs çayla mürəbbə də varmı” soruşanda qız da “bəli, onlar da var”  dedi. O vaxt bilmirdim,  verdiyi cavaba gülüm, ya  əsəbləşim. Yoxlama gedəndən sonra soruşdum ki, kim öyrədib ki, süfrə deyəsən. Cavab verdi ki, “keçən il müəlliməmiz bizə elə öyrətmişdi”. 

Son söz əvəzi...

 

-Sonda onu qeyd edim ki, ilin sonuna az qalıb, məktəbimi, kollektivimi çox sevirəm. Çox yaxşı kollektivimiz var- səmimi, gülərüz... Şagirdlərimi də çox sevirəm. Artıq güllər çiçək açıb. Hər dərs bir  buket gül gətirirlər ki, “müəllimə sizin üçün dərmişik”.  Hər məktəbə getdikcə, uşaqların qarşısına keçib dərs danışdıqca, fikirləşirəm ki, nə yaxşı ki müəllimə olmuşam, peşəmi çox sevirəm.

Builki on birincilərin son zəngi üçün onlara sürprizlər hazırlayıram. Tez-tez maraqlı şəkillər çəkirik. Son zəngdə şəkilləri diskdə hər birinə hədiyyə edəcəm.



Elmin Nuri


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verildiyi tədbir – Kremldə keçirilən tədbirdə kimlər olub? - VİDEO
24.07.2017, 12:39

Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verildiyi tədbir – Kremldə keçirilən tədbirdə kimlər olub? - VİDEO

Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib
24.07.2017, 12:36

Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib

BDU-dan Hesablama Palatasının rəyinə münasibət: “Bütün nöqsanlar yoxlama dövründə aradan qaldırılıb”
24.07.2017, 12:33

BDU-dan Hesablama Palatasının rəyinə münasibət: “Bütün nöqsanlar yoxlama dövründə aradan qaldırılıb”

Gəncədəki xəstəxanalarda vaxtı keçmiş ərzaqlar tapıldı – RƏSMİ
24.07.2017, 12:30

Gəncədəki xəstəxanalarda vaxtı keçmiş ərzaqlar tapıldı – RƏSMİ

Bayram Səfərov: “Soçi görüşün müsbət nəticələri olacaq”
24.07.2017, 12:30

Bayram Səfərov: “Soçi görüşün müsbət nəticələri olacaq”

Şiddətli atışmalar Qarabağı aşdı: “Soçidə 10 görüş keçirilsə də...”
24.07.2017, 12:20

Şiddətli atışmalar Qarabağı aşdı: “Soçidə 10 görüş keçirilsə də...”

Ərini öldürüb tövlədə basdıran qadın tutuldu - FOTO  
24.07.2017, 12:10

Ərini öldürüb tövlədə basdıran qadın tutuldu - FOTO  

Pensiya təyinatı zamanı pozuntulara yol verilib - RƏSMİ
24.07.2017, 12:07

Pensiya təyinatı zamanı pozuntulara yol verilib - RƏSMİ

SOCAR-ın vitse-prezidentindən XƏBƏRDARLIQ: “Dələduzlara inanmayın!”   
24.07.2017, 12:03

SOCAR-ın vitse-prezidentindən XƏBƏRDARLIQ: “Dələduzlara inanmayın!”  

Şəhid zabitin əkiz övladlarından XƏBƏR VAR   
24.07.2017, 11:53

Şəhid zabitin əkiz övladlarından XƏBƏR VAR  

Hesablama Palatası İTV-də nöqsanlar aşkarladı
24.07.2017, 11:48

Hesablama Palatası İTV-də nöqsanlar aşkarladı

Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq ölüb
24.07.2017, 11:46

Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq ölüb

Çin Mərkəzi Televiziyasının yaradıcı heyəti ADU-da
24.07.2017, 11:40

Çin Mərkəzi Televiziyasının yaradıcı heyəti ADU-da

Sumqayıtda Mehriban Əliyevanın tapşırığının icrasına başlanıldı   
24.07.2017, 11:28

Sumqayıtda Mehriban Əliyevanın tapşırığının icrasına başlanıldı  

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB   
24.07.2017, 11:22

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB  

Dövlət qulluqçusu olmaq istəyənlər, tələsin: 1500-ə yaxın vakant yer var
24.07.2017, 11:17

Dövlət qulluqçusu olmaq istəyənlər, tələsin: 1500-ə yaxın vakant yer var

Mənzil almayan jurnalist - Prezidentin "yazın" hədiyyəsi 255 mənzilə sığmaz
24.07.2017, 11:13

Mənzil almayan jurnalist - Prezidentin "yazın" hədiyyəsi 255 mənzilə sığmaz

108 ədəd qovaq ağacı kəsildi – cinayət işi açıldı  
24.07.2017, 10:53

108 ədəd qovaq ağacı kəsildi – cinayət işi açıldı  

Bərdədə dəhşətli QƏTL: kişi arvadını və övladlarını yatan yerdə “kvalt”la vurdu
24.07.2017, 10:44

Bərdədə dəhşətli QƏTL: kişi arvadını və övladlarını yatan yerdə “kvalt”la vurdu

Ermənistanın təxribatının qarşısı alındı, düşmənin atəş nöqtələri susduruldu - RƏSMİ
24.07.2017, 10:20

Ermənistanın təxribatının qarşısı alındı, düşmənin atəş nöqtələri susduruldu - RƏSMİ

Sürücülərin nəzərinə: "Təmiz hava" aylığı keçiriləcək
24.07.2017, 10:13

Sürücülərin nəzərinə: "Təmiz hava" aylığı keçiriləcək

Bakıda qayınana kürəkənini BIÇAQLADI
24.07.2017, 10:10

Bakıda qayınana kürəkənini BIÇAQLADI

Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlər üçün təkrar imtahanın vaxtı açıqlandı   
24.07.2017, 09:59

Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlər üçün təkrar imtahanın vaxtı açıqlandı  

Ermənistan cəbhəboyu təxribat törətdi 
24.07.2017, 09:39

Ermənistan cəbhəboyu təxribat törətdi 

Fərarilik halları qalırmı?...   
24.07.2017, 09:23

Fərarilik halları qalırmı?...  

Əfqanıstanda terror - 24 nəfər öldü
24.07.2017, 09:07

Əfqanıstanda terror - 24 nəfər öldü

Rusiyalı “İsgəndər”ə söykənən Sarkisyan...
24.07.2017, 09:05

Rusiyalı İsgəndərə söykənən Sarkisyan...

Fikrət Qoca və xanımı Amerikada - VİDEO
24.07.2017, 08:39

Fikrət Qoca və xanımı Amerikada - VİDEO

Builki qəbul imtahanları necə keçdi? - SORĞU   
24.07.2017, 08:36

Builki qəbul imtahanları necə keçdi? - SORĞU  

Dünyanın ən isti bölgəsi
24.07.2017, 08:29

Dünyanın ən isti bölgəsi

Şabranda müəllim qəza törətdi - 5 nəfər yaralandı
24.07.2017, 08:23

Şabranda müəllim qəza törətdi - 5 nəfər yaralandı

Manatın bugünkü MƏZƏNNƏSİ
24.07.2017, 08:21

Manatın bugünkü MƏZƏNNƏSİ

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub
24.07.2017, 01:01

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

Suriyada partlayış: 12 ölü, 20 yaralı
24.07.2017, 00:45

Suriyada partlayış: 12 ölü, 20 yaralı

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü
24.07.2017, 00:26

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(27.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(0%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(63.6%)
- İmtahan testləri çətinləşdirilmişdi(0%)
- İmtahanlar asan keçdi(9.09%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(0%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(0%)