Modern.az

İsraillə Türkiyə arasında yeni diplomatik QALMAQAL

İsraillə Türkiyə arasında yeni diplomatik QALMAQAL

9 May 2017, 17:01

İsrail Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkədəki səfiri Kemal Okemdən izahat tələb edib.

 

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyip Ərdoğanın İsrailin Qüdsü işğal etməsi barədə sözləri ciddi diplomatik qalmaqal yaradıb.

 

 

Ərdoğan Qüdsün işğal altındakı olmasına görə müsəlmanlar üçün müqəddəs Əl-Əqsa məscidini müsəlmanların müntəzəm ziyarət etməli olduğunu demişdi.

 

 

“Öz ölkəsində söz azadlığını pozan kəslər regionun yeganə demokratiyasına dərs keçməməlidir” – deyə Nazirliyin rəsmisi Emmanuel Naçson deyib.

 

 

Vüqar İSMAYILOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir