24 sentyabr 2017, Bazar
Ana Səhifə - ÖLKƏ - Generalın qətiyyəti... 1967-ci il, Xankəndi şəhəri...
Generalın qətiyyəti... 1967-ci il, Xankəndi şəhəri...
10.05.2017, 09:27

1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verirdi. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atırdılar.Yay aylarında baş verən olaylar pik nöqtəsinə çatmışdı, nəzarət itirilmiş, hadisələr öz axarından çıxmışdı.

Modern.az saytı 1967-ci ildə Xankəndi şəhərində baş vermiş hadisələr haqqında yazını təqdim edir.

Əslində 80-ci illərin sonunda Xankəndində cərəyan edən hadisələr 1967-ci ildə baş verməli idi. Ancaq o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyevin çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməyi və erməni millətçilərinin planlarını alt-üst etməyi hadisələrin qarşısını aldı. Heydər Əliyev sözün əsl mənasında erməni daşnakları üçün keçilməz maneəyə çevrildi.

1967-ci ilin iyul ayında Dağlıq Qarabağda, Xankəndində nə baş verirdi? Məhz, həmin il erməni millətçiləri növbəti dəfə, artıq açıq müstəvidə öz işğalçılıq siyasətlərini həyata keçirməliydilər. Belə ki, “Böyük Ermənistan” planının ilk mərhələsi Dağlıq Qarabağı, xüsusilə də Xankəndini azərbaycanlılardan təmizləmək idi.

Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə ermənini qətlə yetirməsi bölgədə milli ədavətin qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü açılmırdı. Əgər həmin ərəfədə ətraf rayonlarda bir erməni qətlə yetirilirdisə və qəsdən bu cinayətin üstü açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən qatilin birmənalı şəkildə azərbaycanlı olması düşünülürdü və belə qəbul olunurdu. Son nəticədə ermənilər də baş verən hadisələrə cavab olaraq Xankəndində yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar.

1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndində gərginliyi son haddə çatdıran hadisə isə Xocavənd rayonunda baş verir. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndində baxılması üşün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədarəti altında məhkəmə prosesi başlanır.


Həmin ərəfədə baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləmiş Əfrail Hüseynovun xatirələrində qan qoxulu həmin günlərdə vəziyyətin nə qədər gərgin olduğu açıqca hiss olunur:

“Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər. İrəvandan və Ermənistanın digər rayonlarından da avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı zaman Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaraguruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik maşınlarına minib şəhəri tərk etdilər.
Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin “Ərşada ölüm!” çığırtıları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qabağını düşərgənin darvazasının qarşısında kəsdilər. Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını "Kalaşnikov", "Makarov" tipli odlu silahlardan atəşə tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq yaralarından yağış kimi qan süzən dustaqları yerə düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa açdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş tonqala od vurub yandırdılar. Bütün bu qeyri-adi vəhşi mərasim bir xeyli çəkdi. O vaxt Bakıdan, mərkəzi idarədən Xankəndinə ezamiyyətə gəlmiş milliyətcə rus olan Banserev də bu hadisələrin şahidi idi. O cümlədən Markarov da baş verən olayların seyrçisi idi”.

Göründüyü kimi, Xankəndində vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra (məhz, hadisələrdən sonra) Markarov baş verənlər haqqında Bakıya məlumat verir. Qısa bir müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üşün Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə almışdılar.

Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə alınaraq səhərisi gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada fövqəladə qərərgah yaradılır. Bundan əlavə Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam olunanların əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev real təhlükələrə baxmayaraq, Xankəndində, DTK-nın şöbəsində əyləşir. Onun üzərinə olduqca mürəkkəb və çətin bir iş düşür. Erməni millətçilərinin böyük hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən başlıcası isə Xankəndində azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq. Təcrübəli çekist, DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndində baş vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını almazlarsa, qətl hadisələrini törədənlər və onların havadarları məsuliyyətə cəlb olunmazsa hadisələr daha ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndində baş verən hadisələr Dağlıq Qarabağın Ermənistana birləşdirmək planının başlanğıc həlqəsi idi.

DTK zabiti Əfrail Hüseynovun xatirələrində Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin, bütün varlığı ilə millətinə, xalqına bağlılığının bir daha şahidi oluruq:

“Respublika DTK-nın Bakıdan gəlmiş xüsusi əməliyyat qrupunda yeganə azərbaycanlı, qrupun rəhbəri Heydər Əliyev idi. Qrupun işə başladığı günün ertəsi səhər saat 7 radələrində general-mayor Heydər Əliyev əməliyyat müşavirəsi keçirdi. Müşavirədə bütün ətraf rayonların DTK zabitləri iştirak edirdilər. Qrup rəhbərinin lakonik, məntiqli və təmkinli çıxışını çətinliklə sezilən bir narahatlıq müşayiət edirdi. Bu narahatlığı o anda yalnız azərbaycanlı duya bilərdi.

Mən onu gözəl başa düşürdüm. 1967-ci il... Milli münaqişə zəminində qətl hadisəsi... DTK-nın sədri kimi ciddi və məsul bir vəzifə... Damarlarında axan türk qanı... Amma Heydər Əliyevin həmin günlərdə özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə apardığı ciddi və dərin müzakirələr inanın ki, canlı bir həyat məktəbi idi. Əməliyyatçılara müvafiq tapşırıqlar verən qrup rəhbəri bunların dərhal icra olunması üçün tədbirlər görülməsini əmr etdi. Növbəti əməliyyat müşavirəsinin vaxtı dəqiqləşdirildi və qrup üzvlərindən ayrılarkən Heydər Əliyev nəzərlərini bir anlıq mənim üzərimdə saxladı. Bu ani baxış mənə çox mətləbləri anlatdı. Anladım ki, son dərəcə ehtiyatlı, diqqətli olmalı, sayıqlığı əldən verməməli, hər addımımı yüz ölçüb bir biçməliyəm.

Qrup rəhbərinin tapşırığı ilə aparılan araşdırmalar ona arayış şəklində növbəti müşavirədə təqdim edilməli idi. Gün ərzində kabinetimdə oturub qətl hadisəsinin təfsilatı, o cümlədən digər hallarla bağlı məndə olan əməliyyat məlumatlarının arayışını hazırlayırdım. İş yükünün ağırlığına və vaxtın məhdudluğuna görə general mənə ikinci müşavirədə iştirak etməməyə icazə verdi.

Müşavirə işə başlamışdı. Təxminən bir saatdan sonra iş otağımın qapısı açıldı. Heydər Əliyev içəri daxil oldu. Cəld ayağa qalxdım. İşarə etdi ki, əyləşim. Görünür rəsmiyyət məqamı deyilmiş. General fikirli və çox qayğılı görünürdü. Vəziyyəti başa düşdüm. Yırtıcı canavarların, vəhşi qatillərin və onların havadarlarının arasında tək qalmışdıq. Mən onda Heydər Əliyevə DTK-nın sədri, hörmətli generalımız kimi yox, namuslu bir azərbaycanlı, əsl vətəndaş, günahsız insanların qanının yerdə qalması ilə barışmaq istəməyən bir insan kimi ümid bəsləyirdim...”.

Həmin ağır günlərdə bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu ümidləri doğruldur. Onun peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Sübuta yetirilir ki, milli ədavəti yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə qətlə yetirən də Edik Baqdasaryan olub. Daha sonra o da məlum olur ki, Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur.

Bu bir həqiqətdir ki, o zaman general Heydər Əliyev DTK sədri kimi Xankəndinə getməsəydi, o qanlı cinayətin üstü ört-basdır ediləcəkdi. Məhz, Heydər Əliyevin qətiyyəti sayəsində erməni millətçilərinin çirkin əməlləri ali-üst oldu. Ermənilər özləri də bir məsələni yaxşı dərk edirlər ki, nə qədər Heydər Əliyev var, onların planlarının hayata keçməsi mümkün olmayacaq. Tarix də bunu sübut etdi ki, Ermənistan Qarabağa qarşı təcavüz planlarını Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdıqdan sonra həyata kecirməyə başladılar.

 

İlham Cəmiloğlu


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”
24.09.2017, 14:00

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR
24.09.2017, 13:56

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR

Prezident Salyanda səfərdədir
24.09.2017, 13:28

Prezident Salyanda səfərdədir

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA
24.09.2017, 13:09

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir
24.09.2017, 12:57

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir
24.09.2017, 12:40

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”
24.09.2017, 12:33

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub
24.09.2017, 12:24

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub

Prezident Neftçalada açılışlar etdi
24.09.2017, 12:13

Prezident Neftçalada açılışlar etdi

Sabah yağış yağacaq
24.09.2017, 12:10

Sabah yağış yağacaq

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb
24.09.2017, 11:40

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb

Həmsədrlər regiona səfər edəcək
24.09.2017, 10:55

Həmsədrlər regiona səfər edəcək

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB
24.09.2017, 10:44

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”
24.09.2017, 10:37

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”

Almaniyada parlament seçkiləri keçirilir
24.09.2017, 10:23

Almaniyada parlament seçkiləri keçirilir

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə
24.09.2017, 10:10

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI
24.09.2017, 09:47

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI

Ermənistan atəşkəsi 126 dəfə pozdu
24.09.2017, 09:40

Ermənistan atəşkəsi 126 dəfə pozdu

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib
24.09.2017, 09:38

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı
24.09.2017, 00:47

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…   
24.09.2017, 00:30

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…  

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib
24.09.2017, 00:22

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO
24.09.2017, 00:13

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO

Masallı sakini öz evini yandırdı
23.09.2017, 23:47

Masallı sakini öz evini yandırdı

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...
23.09.2017, 23:30

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü
23.09.2017, 23:12

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü

695 bal toplayan abituriyent niyə bu ixtisası seçdi - VİDEO
23.09.2017, 22:43

695 bal toplayan abituriyent niyə bu ixtisası seçdi - VİDEO

ABŞ bombardmançıları Şimali Koreya yaxınlığında
23.09.2017, 22:28

ABŞ bombardmançıları Şimali Koreya yaxınlığında

Kiş də məndən gileylidi, gileyli
23.09.2017, 22:11

Kiş də məndən gileylidi, gileyli

Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə  qıcıqlanırsınızsa, BU ÇAY SİZİN ÜÇÜNDÜR
23.09.2017, 21:57

Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə  qıcıqlanırsınızsa, BU ÇAY SİZİN ÜÇÜNDÜR

Qubada qətl törədilib
23.09.2017, 21:43

Qubada qətl törədilib

Brejnevin “enerji” dərmanlarını futbolçulara göndərən “KQB” şefi – ANDROPOVUN ÇAZOVDAN GİZLİ XAHİŞİ
23.09.2017, 21:17

Brejnevin “enerji” dərmanlarını futbolçulara göndərən “KQB” şefi – ANDROPOVUN ÇAZOVDAN GİZLİ XAHİŞİ

ABŞ-da iki polis zabiti güllələnib
23.09.2017, 20:59

ABŞ-da iki polis zabiti güllələnib

Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşib - Foto
23.09.2017, 20:37

Bakıda ilk maneəli ekstremal yarışının qalibləri müəyyənləşib - Foto

“Həbsxanada hazırlanıb” adlı brend yarana bilər
23.09.2017, 20:18

“Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.5%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.90%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.1%)
- Məhərrəmlık əsl İslama ziddir(34.4%)