Modern.az

Bloqqerlikdən Vloqqerliyə

Bloqqerlikdən Vloqqerliyə

10 May 2017, 13:27

Artıq insanların oxumaq yerinə izləməyi üstün tutduğu dövrdə yaşayırıq. Günümüzdə internet istifadəçiləri maraq sahələrini, öyrəndiklərini, bildiklərini, paylaşmaq istədiklərini bir növ fərdi günlük kimi bilinən bloqlarda yox, bütün bunları video çəkərək paylaşmağı üstün tuturlar.Bir neçə il əvvələ qədər bloqqerlərdən bəhs edirdiksə,  artıq videobloq sahibi olan vloqqerlərdən danışar olduq. Vloqqerlər yazı yazmır, paylaşmaq istədiklərini videoyla izah edirlər. Yəni, yazmaq yerinə izlətməyi seçirlər.

Vloqqerlik nədir? Və nələrə diqqət etmək lazımdır?

Vloqqer “Video-logger” sözünün qısaldımış formasıdır. “Video-logger” isə videolar ərsəyə gətirən adam mənasını ifadə edir.Vloqqerlər bloqqerlərlə eyni işi edirlər əslində, sadəcə olaraq çatdırmaq istədikləri mövzuları yazmaq yerinə, kamera qarşısında ifadə etməyi üstün tuturlar. İndiki vaxtda ən məşhur Vlog kanalları YouTube vasitəsilə yayımlanır.  YouTube-a  e-poçt ünvanı ilə üzv olan hər kəs kanal aça bilər və bunun üçün hər hansı bir müraciət və ya ödəməyə də ehtiyac yoxdur.

YouTube kanalı açmazdan əvvəl bunları bilmək də fayda var

  1. Maddi vəziyyətinizın imkan verdiyi qədər yaxşı keyfiyyətdə çəkiliş edən bir kamera alın. Unutmayın ki, bu ilk kameranız olacaq və yeni olması o qədər də vacib deyil. Uyğun qiymətlərə çox yaxşı vəziyyətdə işlənmiş bir kamera da ala bilərsiniz.

  2. Kameranızısa bitləmək üçün ucuz da olsa bir tripod əldə edin.

  3. Nə haqqında və nə cür videolar çəkmək istədiyinızə qərar verin. Bu qərarı verərkən, mövzu haqqındakı məlumatınızı, maddi vəziyyət və imkanlarınızı da nəzərə alın. Bilmədiyiniz bir mövzu haqqında video hazırlamağa çalışdığınızda müvəffəqiyyətsizliklə üzləşə bilərsınız.

  4. Doğru kanal adı seçməyə diqqət edin. Bu seçim bloqunuz və YouTube kanalınız üçün çox çətin bir qərar ola bilər. Daha yaxşı olar ki, öz adınızla və soyadınızla əlaqəli ad seçəsiniz. Bu daha tez yadda qalmağınıza səbəb olacaq.

  5. Kanalınız üçün profil şəkilini uğurlu seçin. Unutmayın, insanlar sizi (dolayısıyla da kanalınızı) ilk dəfə görəcəklər. Şəkilinizin özünüz və yayımlayacağınız mövzuları doğru əks etdirdiyinə diqqət edin.

  6. Fərqli olun. Hər gün videolarını izlədiyinız və uğur qazanmış Vloqqerləri təqlid etməyin. Buna baxmayaraq, başqa vloqqerləri də izləməyi dayandırmayın.İzləyərkən bəyənmədiyiniz məqamları qeyd edin. Başqalarının səhvindən nəticə çıxarıb öyrənməkdə fayda var.

  7. Ardıcıl olun. Bir həftə video çəkib üç ay video çəkməsəniz insanlar zamanla kanalınızı izləməyi dayandıracaqlar.
  8. Söylənən fikirləri dəyərləndirin. Lakin “boş” tənqidlərə də laqeyd yanaşın. Həmin insanların enerjinizə təsir etmələrinə imkan verməyin.

 

 

Ülviyyə ALIXANOVA

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir