Modern.az

İranda prezervativə qadağa...

İranda prezervativə qadağa...

İqtisadiyyat

24 Aprel 2011, 14:32

İran İslam Respublikasının Mədəniyyət Nazirliyi ölkədəki apteklərin rəflərindən asılan prezervativ və cinsi fəallığı artıran dərmanların reklamına qadağa qoyulması tələbiylə çıxış edib. Nazirliyin bununla bağlı bəyanatında həmin reklamlar əxlaqsızlığın təbliği kimi qiymətləndirilib.

Mədəniyyət Nazirliyinin Səhiyyə Nazirliyinə ünvünladığı məktubda bildirilib gələn həftədən etibarən prezervativlərin və cinsi fəallığı artıran dərmanların reklamını yığışdırmayan apteklər qapadılacaq.
 
İran Mədəniyyət Nazirliyinin reklam departamentinin direktoru Əli Rza Kərimi xəbərdarlıq edib ki, Səhiyyə Nazirliyi məsələ ilə bağlı tədbir görməsə, bu işin həyata keçirilməsi polisə aid olacaq.

Qeyd edək ki, İranın Mədəniyyət Nazirliyi kitab, film, musiqi və senzuraya, reklama cavabdeh orqandır. 

”Prezervativ və cinsi fəallığı artıran dərmanlarla bağlı elanlar hər hansı bir əxlaqsız reklam deyil ki, bu sadəcə cinsi və intim gigiyena aid malların satışıdır”-deyə Tehrandakı apteklərdən birinin adını açıqlamayan müdiri “Fars” radiosuna müsahibəsində bildirib. “Bu əczaçılıq servisinin ayrılmaz tərkib hissəsidir. Biz tibbi təhsillə məşğuluq” deyə əczaxana müdiri narazılıq edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı