26 iyul 2017, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Repetitor yanına getmədən 700 bal toplamaq olar? - Əla nəticə göstərmiş abituriyentlərin CAVABLARI
Repetitor yanına getmədən 700 bal toplamaq olar? - Əla nəticə göstərmiş abituriyentlərin CAVABLARI
11.05.2017, 15:54

Ali məktəblərə builki qəbul imtahanlarının birinci mərhələsində iştirak edən 10 nəfər abituriyent ən yüksək nəticə göstərib.

Dövlət İmtahan Mərkəzinin  (DİM)  məlumata görə, aprelin 30-da keçirilən imtahanda  II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Mayın 7-də keçirilən imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent 700 bal toplayıb. Bu qrup üzrə maksimum nəticə göstərənlər  İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi,  Bakı şəhəri 220 saylı məktəb-lisey,  Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları olub. 


IV ixtisas qrupu üzrə isə 2 abituriyent - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab veriblər.

Maraqlıdır, qəbul imtahanlarında yüksək nəticə göstərmək repetitorların hesabına əldə edilir, yoxsa orta məktəb müəllimlərinin?!

Yəni repetitor yanına getmədən də 700 bal toplamaq olarmı?

Modern.az saytı bu il 700 bal toplayan abituriyentlərin məsələyə münasibətini öyrənib.

220 nömrəli məktəbin şagirdi Xalidə Əliyeva deyir ki, xüsusi müəllim yanına getmədən də 700 bal toplamaq olar.

“Mən liseydə təhsil almışam. 700 bal toplamağımda müəllimlərimin də rolu var. Düşünürəm ki, repetitor yanına getmədən də yüksək nəticə əldə etmək olar”.

Zərifə Əliyeva adına liseyin şagirdi  Elmir Əhmədov repetitor yanına getmədən qəbul imtahanlarında yüksək nəticə göstərməyi mümkün hesab edir.

“Yüksək nəticə göstərmək üçün mütləq deyil ki, repetitor yanına gedəsən. Abituriyentin bilik və bacarığından da çox şey asılıdır. Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”.

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan şagirdi Vahab Cəbrayılov 7 aydır ki, repetitor yanına getdiyini deyir.

“11-ci sinifdə oxuyarkən xüsusi müəllim yanına getməyə qərar verdim. Hətta qısa  müddət ərzində 700 bal toplamağın mümkünsüz olduğunu deyirdilər. Qəbul imtahanlarında isə əksinə oldu. Abituriyent qarşısına məqsəd qoyubsa, ona doğru da can atacaq. Ölkədə repetitor yanına getməyən az sayda abituriyentə rast gəlmək olar. O zaman gərək bütün abituriyentlər 700 bal toplasın. Düşünürəm ki, 700 bal toplamaq məsələsində fərdin bacarığı da önəmli rol oynayır”.

Səbail rayonu 162 nomrəli məktəbin şagirdi Mahirə Əsədzadə isə indiki dövrdə repetitor yanına getməyi məcburi hesab edir.

“Mən də repetitor yanına getmişəm. Məncə, indiki təhsil sistemi əlavə hazırlıq tələb edir. Ona görə də xüsusi müəllim yanına getmək lazımdır”.

Sumqayıt məktəbində  təhsil alan Eldar Əfəndiyev də qəbul imtahanında abituriyentin yüksək nəticə göstərməsinin özündən asılı olduğunu düşünür.

“4-cü qrup üzrə imtahan verib maksimum nəticə əldə etdim. Həkim olmağı qarşıma məqsəd qoymuşam. Bu məqsədə çatmağa çalışıram. Eyni zamanda, qəbul imtahanında abituriyentin yüksək nəticə göstərməsi fərdi xüsusiyyətlərdən də asılıdır. Mütləq deyil ki,700 bal toplamaq üçün repetitor yanına getmək lazımdır. Heç də belə deyil. Repetitor yanına getmədən də 700 bal toplamaq olar”.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Təhlükəli virus 300 insanın həyatına son qoydu
26.07.2017, 00:58

Təhlükəli virus 300 insanın həyatına son qoydu

Mingəçevir sakinini döyüb tanınmaz hala saldılar
26.07.2017, 00:45

Mingəçevir sakinini döyüb tanınmaz hala saldılar

İstifadəsi qadağan olunan çimərlikdə iaşə obyektləri - VİDEO
26.07.2017, 00:28

İstifadəsi qadağan olunan çimərlikdə iaşə obyektləri - VİDEO

26.07.2017, 00:10

"Bu gün narahat olmalı bir şey yoxdur" - Qurban Qurbanov

Azərbaycan nefti cüzi bahalaşdı
25.07.2017, 23:59

Azərbaycan nefti cüzi bahalaşdı

Müəllim gəzinti zamanı öldü
25.07.2017, 23:50

Müəllim gəzinti zamanı öldü

"Öz qapımızı daha çox qorumalı olduq" - "Şerif"in baş məşqçisi
25.07.2017, 23:43

"Öz qapımızı daha çox qorumalı olduq" - "Şerif"in baş məşqçisi

Fransada 150 mühacir saxlanıldı
25.07.2017, 23:31

Fransada 150 mühacir saxlanıldı

25.07.2017, 23:16

"Türk Hava Yolları"na məxsus təyyarədə bomba həyəcanı

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb
25.07.2017, 22:59

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb

“Qarabağ” meydanı qolsuz bərabərliklə tərk etdi
25.07.2017, 22:46

“Qarabağ” meydanı qolsuz bərabərliklə tərk etdi

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18
25.07.2017, 22:28

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18

Oğru binanın şaxtasında qaldı - VİDEO
25.07.2017, 22:13

Oğru binanın şaxtasında qaldı - VİDEO

Münaqişə bəçaqlanma ilə sonuclanıb
25.07.2017, 21:57

Münaqişə bəçaqlanma ilə sonuclanıb

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb
25.07.2017, 21:42

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
25.07.2017, 21:41

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  
25.07.2017, 21:38

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi
25.07.2017, 21:28

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib
25.07.2017, 21:13

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib
25.07.2017, 20:58

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi
25.07.2017, 20:44

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
25.07.2017, 20:30

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.70%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(45.9%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.5%)
- İmtahanlar asan keçdi(2.70%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.40%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.5%)