Modern.az

Cahangir Hacıyevin səhhəti pisləşdi, proses təxirə salındı

Cahangir Hacıyevin səhhəti pisləşdi, proses təxirə salındı

11 May 2017, 18:17

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

 

C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyevin Trend-ə verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin səhhətində problemlər yarandığından o prosesdə iştirak edə bilməyib. C.Hacıyevin vəkili F.Mehdiyev prosesin təxirə salınmasını istəyib.

 

Amma məhkəmə prosesi keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialının rəhbəri olmuş, hazırda isə AFB bankın İdarə Heyətinin üzvü Məmməd Cahangirovun vəkili çıxış edərək, ona bəraət verilməsini istəyib.

 

Beynəlxalq Bank və onun tabeliyindəki qurumların mühafizəsini həyata keçirən "İntersecurity" şirkətinin rəhbəri, 7 il azadlıqdan məhrum edilmiş İbrahim Hüseynovun vəkili də məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

C.Hacıyevin vəkilləri məhkəmənin təxirə salınması üçün növbəti dəfə müraciət ediblər.

Hakim Cahangir Hacıyevin istəyini nəzərə alıb və məhkəmə mayın 18-nə qədər təxirə salınıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir