Modern.az

Dünyanın radiasiya soyqırımı

Dünyanın radiasiya soyqırımı

Dünya

25 Aprel 2011, 10:51

2001-ci il 11 sentyabrda ABŞ-da  baş verən terror və 2011-ci il 11 martda Yaponiya hadisələri deyəsən dünyanın siyasi sistemini dəyişir. 11 senyabrda  ABŞ-da  baş verən  məlum hadisələr heç bir dövlətin  terrorçuluqdan sığortalanmadığını  göstərdi. 11 mart hadisələri nəticəsində isə dünyada texnoloji yeniliklərin inkişafına və iqtisadiyyatda keyfiyyət faktoruna görə birinci yerdə olan Yaponiyada  yaşanan  radiasiya problemləri bəzi nüvə dövlətlərini əməlli-başlı silkələdi.

Açığı heç kimin ağlına gəlmirdi ki, heyrət doğuracaq Yapon texnologiyası təbiət hadisələri qarşısında  bu qədər acız qalar. Hərçənd ki, həmin ölkədəki  “Fukusima 1”  atom elktrik stansiyasındakı avadanlıqlar bütün parametrlərinə görə digər ölkələrlə müqayisədə  tam yeni nəsil texnologiyası sayılırdı.

Görəsən, təbii fəlakət qarşısında  Yaponiya kimi bir ölkənin aciz qaldığından bəşəriyyət özünə lazımı  nəticə cıxara biləcəkmi?  Qeyd edək ki, indiyədək Fukusima prefekturasında radiasiya zonasından 80 mindən artıq sakin evakuasiya edilib. Bu radiasiyanın insan sağlamlığında  ağır  fəsadları yəqinki özunü gec-tez göstərəcək.

 Bəzi ekspertlərin qənaətincə, Azərbaycanda Yaponiyada baş verən hadisələrlə bağlı təşvişə düşməyə ehtiyac yoxdur. Çünki oradan bura bulud gəlib çıxa bilməz. Buludun bura gəlməsi üçün Rusiyanın ərazisindən keçməlidir  və  dəniz suyu  isə ən gözəl uducudur. Dənizin üzəri buxarla doludur və onlar buludu çəkəcəklər.

 Bu fikirlər nə dərəcədə reallığa  uyğundur onu demək çətindir. Ancaq  yaşadığımız bu planetdə heç kim təcrid olunub yaşaya bilmir. Bəzən dünyanın siyasi texnologiyası, iqtisadi  cəhətdən ən bərk gedən ölkələri təbiət hadisələri qarşısında acız qalır.

Təbii fəlakətlərin törətdiyi fəsadlarının qarşısının alınmasında və nəticələrinin azaldılmasında  insanların qabaqlayıcı tədbirləri azdan -çoxdan kara gəlir. Ancaq  insan  təfəkkürünün  bundan artığını etmək gücündə olmadığı qənaəti yaranır.

Ekspertlərin hesablamalarına görə,  hal-hazırda   Avropa dövlətləri  enerjiyə olan tələbatlarının 40 faizdən çoxunu atom elektrik stansiyalarından alır. Ola bilər bu rəqəmlərdə  müəyyən qədər qeyri dəqiqlik olsun. Lakin  verilən informasiyalara  görə yaxın  20-25 il müddətində  karbohidrogen ehtiyatlarının  kəskin azalması gözlənilir. Yerin altında olan təbii resursların  bir zaman  tükənəcəyi realdır və bu gec-tez baş verəcək. Alternativ enerjinin istehsalı və onun karbohidrogen ehtiyyatlarını tam əvəzləyərək təminatı  ödəcəyi sual doğurur. Deməli, yenə çarə atom elektrik stansiyalarına  qalır.

Yaponiyadakı son 11 mart hadisələri  atom enerjisinin nə qədər təhlükəli olduğunu göstərdi. MüasirYapon texnologiyasının “ Fukusima 1” satansiyası bu qədər təhlükəli olduğu halda görün, sınıq-salxaq sovet texnologiyası ilə  tikilən Ermənistanın Metsamor AES-i nə gündədir?

ABŞ konqresmeni Ceyms Moran Ermənistanın Metsamor atom elektrik stansiyası ilə bağlı fikirləri diqqəti cəlb edir. “2011-ci il martın 11-də baş verən zəlzələ və sunami fəlakətindən sonra Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında yaşanan dramatik hadisələr nüvə enerjisinin bütün dünya üçün nə qədər təhlükəli olduğunu göstərib. Ermənistanın enerji ehtiyaclarının 40 faizini ödəyən Metsamor stansiyası sovet dövründən qalıb və təhlükəsizliyi indiki standartlarına cavab vermir. Buna görə də Birləşmiş Ştatlar, Avropa Birliyi, Rusiya və beynəlxalq təşkilatlarla birlikdə müəyyən işlər görməlidir. Bizim Metsamorla bağlı işimiz çox vacibdir və mən bu prosesi yaxından izləyirəm”.

Bu gün cənab Seyms Moranında, Azərbaycan və Türkiyə ictimaiyyətinində, digər beynəlxalq təşkilatlarında  narahatçılığına baxmayaraq  Ermənistan rəhbərliyi öz işindədir. Bundan artığını onlardan gözləmək düzgün deyil. Çünki  həmin ölkənin rəhbərliyi özbaşına deyil ki, dərhal bir tədbir görsün. Ermənistan yalnız  Rusiyanın bir göz ağartması ilə bu stansiyanın  aqibətini həll edə bilər. Məlum məsələdir ki, Metsamorda hər hansı partlayışdan  nə okeanın  o tayındakı Amerika,  nə də Avropa zərər  çəkəcək. Burada daha çox ziyan çəkəcək yaxın və qonşu ölkələrin əhalisi  olacaq.  Ona görə də bu məsələlər daha çox diqqətdə saxlanmalıdır, müxtəlif aksiyalar keçirilməlidir.  Nəhayət erməni də erməni xislətindən əl çəkib, papağını qabağına qoyub bu stansiyanın aqibəti haqqında fikirləşməlidir. Əgər papağı olubsa,varsa. Əks təqdirdə dünyanın radiasiya soqırımlarının  statistikası  mütəmadi olaraq qeyd olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir