Modern.az

ABŞ üçün əsas TƏHLÜKƏ: Çin və Rusiya kəşfiyyatları

ABŞ üçün əsas TƏHLÜKƏ: Çin və Rusiya kəşfiyyatları

11 May 2017, 21:16

Rusiya və Çin kəşfiyyatları 2017-ci ildə ABŞ üçün əsas təhlükə olacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniyel Koutsun Konqresə təqdim etdiyi məruzədə bildirilib.

 

Daniyel Kouts qeyd edib ki, ümumiyyətlə 2017-ci ildə ABŞ xarici kəşfiyyatlar tərəfindən təhlükə ilə rastlaşacaq.

 

“Biz hesab edirik ki, onların imkanlarına, niyyətlərinə, fəaliyyətinin miqyasına görə əsas təhlükə əvvəlki kimi Rusiya və Çindən gələcək”-deyə əlavə edib.

 

O xəbərdarlıq edib ki, Cənub və Şərqi Asiya ölkələrinin, həmçinin Latın Amerikası dövlətlərinin kəşfiyyatları da regional miqyasda təhlükə yaradacaqlar.

 

Aqşin Kərimov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?