Modern.az

Amerika kəşfiyyatı Qarabağda müharibə başlayacağı anonsunu verdi

Amerika kəşfiyyatı Qarabağda müharibə başlayacağı anonsunu verdi

11 May 2017, 22:31

Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda  ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında bildirilib.

 

Hesabatı qurumun direktoru Daniyel Kouts bu gün Konqresə təqdim edib.

 

Hesabatda göstərilib ki, 2016-cı ilin aprelində Qarabağ cəbhəsindəki hərbi əməliyyatlara görə Azərbaycanla Ermənistan arasında gərginlik artdı.

 

“2017-ci ildə də tam miqyaslı hərbi əməliyyatların başlanması ehtimalı var. Tərəflərin kompromislərə getmək niyyətlərinin olmaması  və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər”-deyə hesabatda vurğulanıb.

 

Daniyel Kouts hesab edir ki, Azərbaycan öz xarici siyasətində Rusiya, İran və Qərb arasında tarazlığı qoruyub saxlamağa davam edəcək.

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir