Modern.az

Dağlıq Qarabağa gedən turistlərin sayı AÇIQLANDI

Dağlıq Qarabağa gedən turistlərin sayı AÇIQLANDI

12 May 2017, 10:50

Dağliq Qarabağa səfər edən əcnəbi turistlərin sayı açıqlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycanın işğal olunmuş torpaqlarına 80 ölkədən olan 13,960 turist səfər edib.

 

Statistikaya görə Qarabağa ən çox səfər edən Rusiya vətəndaşlarıdır. Ümumi turist sayında onların payı 44% təşkil edir. Rusiyadan 6178, ABŞ-dan 1479, İrandan 737 və Fransadan isə 668 turistin Qarabağa səfər etdiyi bildirilir.

 

Onların 91%-nin turistik, 9%-nin isə biznes məqsədilə regiona səfər etdiyi açıqlanıb.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır