Modern.az

Murad Dadaşov “Maşın” şousunda “Qarşıdurma” yaradır - AÇIQLAMA

Murad Dadaşov “Maşın” şousunda “Qarşıdurma” yaradır - AÇIQLAMA

12 May 2017, 14:15

Bu ayın 28-də ölkə teleməkanının ən maraqlı layihəsi - “Maşın” realiti şousu  ATV telekanalında yayımlanacaq. Verilişdə 18 şou-biznes üzvü maşın uğrunda mübarizə aparacaq.


Bu barədə layihənin müəllifi və aparıcısı Murad Dadaşıov Modern.az-a açıqlama verib. O bildirib ki, bu dəfə də tamaşaçıları süprizlər gözləyir:

“Gözəl  realiti şou, 21 yuxusuz gecə bizi gözləyir.  Hər kəs əmin ola bilər ki, həmişəki kimi  çox maraqlı veriliş olacaq. Budəfəki şounun adı “Qarşıdurma”dır. Həqiqətən, maşın uğrunda şou-biznes üzvləri arasında ciddi mübarizə gedəcək.

Bu dəfə də tamaşaçıları sürprizlər gözləyir. Bunların hamısını 28 mayda saat 22:00-da ATV telekanalında görəcəksiniz. Amma bir şey deyə bilərəm ki,  maraqlı heyətlə qarşınıza çıxırıq. Mənə elə gəlir ki, maşın realiti şousu yenə də insanların diqqət mərkəzində olacaq”.


Murad Dadaşovun sözlərinə görə, ayın 25 və 26-sında verilişin baş məşqləri keçiriləcək. Ayın 27-si isə məşqlər yekunlaşdırılacaq və növbəti gün efirə tam hazır olacaqlar:


“Hazırlıqlar hələ də davam edir. O cümlədən sponsorlarla danışıqlar aparılır. Buna görə bu barədə  hər hansı açıqlama verə bilmərik”.

Qeyd edək ki,  “Maşın” realiti şou 2005-ci ilin oktyabrından efirdədir. 

Günay RƏSULQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?