Modern.az

Azərbaycanın ən böyük kitab mağazası: “Oxucunun cibini nəzərə almışıq”

Azərbaycanın ən böyük kitab mağazası: “Oxucunun cibini nəzərə almışıq”

Ədəbi̇yyat

12 May 2017, 15:26

Bakıda Azərbaycanın ən böyük kitab mağazası - "Azərkitab" Təbliğat Mərkəzi açılıb.


“Azərkitab”  Mərkəzinin  direktoru Misirxan Həsənov Modern.az-a kitab evinin fəaliyyətindən danışıb.

““Azərkitab” Mərkəzi  Sovet dövründə bir qurum olub. Sovet hökuməti dağılandan sonra sonuncu bağlanan bu təşkilat olub. Bu, 2005-ci ildə baş verib. Sadəcə, layihə rəhbərimiz  Sabir Həsənovun həmişə arzusu olub ki, bu kitab evi yenidən fəaliyyət göstərsin və xalqımıza xidmət etsin. 2005-ci ildən sonra bütün sərmayəmizi “Azərkitab” evinin fəaliyyət göstərməsinə sərf etmişik. Nəhayət, 2 gün bundan qabaq “Azərkitab” Təbliğat Mərkəzinin açılışını etdik”.

Misirxan Həsənovun sözlərinə görə, kitab oxucularının sayı çoxdur.

“Rusiya, Türkiyə kimi dövlətlərlə əlaqələr yaradıb tələbat çox olan kitabların ölkəyə gətirilməsini həyata keçiririk. Çünki oxucularımız bəzi kitabları əldə etmək istəyirlər. Xarici dillərdə kitablar də sifariş edirik. Hətta, kitab evinə gələn oxucularımız arasında yapon dilində də kitab sifariş edənlər var. Bu, sevindirici haldır ki, xalqımızın müxtəlif dilli kitablara tələbatı var”. 

Müsahibimiz direktoru deyir  ki, Mərkəzə ekskursiyalar da təşkil edilir.

“Yeniliklərdən biri də odur ki, məktəblilərin “Azərkitab evi”nə gəlişini həyata keçirməyə start vermişik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə müqavilə bağlamışıq. Hər gün bir orta məktəb “Azərkitab evi”nə ekskursiya edəcək. Kitablarla tanış olacaqlar. Sonra onlarla söhbət aparacağıq. Kitabın necə çap olunması və digər məsələlər barədə məlumat verəcəyik”.

Kitabların qiymətlərinə gəlincə, Misirxan Həsənov oxucuların cibini nəzərə aldıqlarını deyir.

“Oxucunun büdcəsini nəzərə almışıq. Əsasən tələbələrdə kitab oxumaq  vərdişlərini genişləndirmək baxımından bu, zəruridir. Düzdü, elə iri kitablar var ki, xaricdən gətirilir. Deyə bilmərik ki, onların qiymətini yarıbayarı azaldacağıq. Sadəcə, elə kitablar var ki, onların qiyməti baha olacaq”.



Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi