Modern.az

ABŞ PKK-nın müttəfiqinə müasir silahlar verdi

ABŞ PKK-nın müttəfiqinə müasir silahlar verdi

Dünya

12 May 2017, 16:25

Suriya kürdlərinin YPG qruplaşması ABŞ-dan ən müasir silahlar alıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Trampın göstərişi ilə YPG-yə “Hammer” avtomobilləri, tanklar, minomyotlar, lazer nişangahlı raketlər və s. verilib.

 

Texnika və silahlar İraq Kürdüstanın ərazisindən Semalka sərhəd-keçid məntəqəsində Suriyaya daxil edilib və Rojava regionuna gətirilib. Burada texnikanın bir hissəsi Kobani, digər hissəsi isə Raqqanı mühasirədə saxlayan YPG dəstələrinin arsenalına verilib.

 

Xatırladaq ki, Türkiyə YPG-ni PKK ilə sıx əlaqədə olan terror təşkilatı adlandırır. Lakin rəsmi Vaşinqton YPG-ni İŞİD-ə qarşı vuruşan ən effektiv müttəfiqi hesab edir və ona dəstək göstərir.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi