Modern.az

Həmsədrlərin regiona gəlməsində 2 məqsəd var...

Həmsədrlərin regiona gəlməsində 2 məqsəd var...

13 May 2017, 12:23

“ATƏT-in Minsk Qrupunu həmsədrlərinin bölgəyə səfərindən nəticə gözləməyə dəyməz. Çünki həmsədrlərin nə yeni təklifləri var, nə də olan təklifləri həyata keçirə bilirlər”.

 

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib.

E.Şahinoğlu həmsədrlərin təklifləri həyata keçirə bilmədiklərinə görə, vəziyyətin gərgin olaraq qaldığını bildirib.

 

“Ona görə də cəbhə gölgəsində atəşkəs daima pozulur. Müharibə təhlükəsi isə hər keçən gün artır.  Bu baxımdan həmsədrlərin bölgəyə yeni təkliflərlə gələcəyini düşünmürəm”.

 

E.Şahinoğlu qeyd edib ki, həmsədrlərin bölgəyə səfərinin iki məqsədi var.

 

“Atəşkəsin qorunması və prezidentlərin görüşü. Atəşkəsin qorunması Azərbaycanın maraqlarına uyğun deyil.  Çünki atəşkəsin əbədiyyətə qədər uzadılması, status-kvonun uzadılması deməkdir. Məncə real irəliləyişlərin olmadığı təqdirdə isə prezidentlərin görüşü baş tutmayacaq.  Çünki Azərbaycan tərəfi də dəfələrlə vurğulayıb ki, imitasiya naminə görüşlərdə iştirak etməyəcək”.

 

Qeyd edək ki, amerikalı həmsədr Riçard Hoqland bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyun və ya iyul un əvvəlində regiona səfər edəcək.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı