Modern.az

Banklar gücləndirilmiş iş rejiminə keçdi – SƏBƏB

Banklar gücləndirilmiş iş rejiminə keçdi – SƏBƏB

13 May 2017, 15:46

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

Palatadan Modern.az-a verilən məlumata görə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.

 

Yarışlarla əlaqədar olaraq həmçinin, MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:

 

Koordinator: Elşən Səmədovdur - email: [email protected], tel: (+994) 51 444 25 32.

 

Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub