Modern.az

Gümüş medal qazandıq

Gümüş medal qazandıq

13 May 2017, 17:07

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

 

Modern.az-ın məlumatına görə, azərbaycanlı idmançı Şəfəq Əmrahova qadınların stend atıcılığı yarışında gümüş medala sahib çıxıb.

 

Türkiyəli Nihan Gürer 1-ci, qətərli Xulud Hassan əl-Xələf isə 3-cü yeri tutub.

 

Xatırladaq ki, bundan əvvəl kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açma yarışında təmsilçimiz Ruslan Lunyov qızıl medal qazanıb.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı