Modern.az

Sabiq baş prokuror Dövlət Audit Xidmətinin rəhbərini döyüb

Sabiq baş prokuror Dövlət Audit Xidmətinin rəhbərini döyüb

13 May 2017, 23:34

Gürcüstanın Dövlət Audit Xidmətinin rəhbəri Laşa Tordiya hücuma məruz qalıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə mayın 12-də paytaxt Tbilisidə fəaliyyət göstərən "El Centro" gecə klubunda baş verib.

Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən L.Tordiya bəyan edib ki, ona hücum çəkən sabiq baş prokuror Otar Partsxaladzedir.

Hazırda Gürcüstanın baş auditoru həkim nəzarəti altında saxlanılır.

Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, O.Partsxaladze 2013-cü ilin noyabrında baş prokuror vəzifəsinə təyin edilsə də, həmin ilin dekabr ayında istefaya göndərilib. Buna səbəb onun 2001-ci ildə Almaniyada oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunmasıdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir