Modern.az

Polis səhvən jandarm əməkdaşını güllələyib

Polis səhvən jandarm əməkdaşını güllələyib

14 May 2017, 00:46

Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar davam etdirilir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatayın Hassa rayonunda yerləşən Çardak yaylağında terrorçulara qarşı aparılan əməliyyat zamanı polislə jandarma qüvvələri arasında anlaşmazlıq yaşanıb. Belə ki onlar səhvən bir-birlərinə atəş açıb. Bu zaman jandarma əməkdaşı Niyazi Elçin şəhid olub. Bir polis isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi