Modern.az

“Eurovision-2017”nin qalibi Portuqaliya oldu

“Eurovision-2017”nin qalibi Portuqaliya oldu

Mədəni̇yyət

14 May 2017, 02:35

Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsi yekunlaşıb. Modern.az xəbər verir ki, final mərhələsində 26 ölkə təmsilçisinin iştirak etdiyi yarışmanın qalibi Portuqaliya olub. Mahnı müsabiqəsində Bolqarıstan ikinci, Moldava isə üçüncü olub.

Qeyd edək ki, “Eurovision-2017” iştirakşıları İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa olub. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

12-ci səhnəyə çıxaraq “ Skeletons” mahnısını səsləndirən Azərbaycan təmsilçisi Diana Hacıyeva ölkəmizə 14-cü yeri qazandırıb.  

Qeyd edək ki, 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır