21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - Laçının İŞĞALI: “Rusiyanın əmrinə birinci Azərbaycan tabe oldu”
Laçının İŞĞALI: “Rusiyanın əmrinə birinci Azərbaycan tabe oldu”
14.05.2017, 13:22

Bir neçə gündən sonra  Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.

1992-ci il may ayının 18-də işğalçı Ermənistan rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

 

Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Həmçinin, Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.

 

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.

 

Modern.az saytı Laçının işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsindəki müsahibi  o zaman Laçında məktəb müəllimi işləmiş İlqar Şahverdiyevdir. O, 1992-cü ilin 14 mayını ürək ağrısı ilə xatırlayır...

 

“Laçın uşaqları döyüşmək üçün bizdən silah istəyirdilər”

 

“Mayın 14-cü Laçında vəziyyət gərgin idi. Ermənilər hər tərəfdən hücuma keçmişdilər. Biz laçınlılar da onlarla mübarizə aparırdıq. Bütün istiqamətlərdən atılan toplar, ağır artelliyeriyadan açılan atəş Laçının işğalını labüd edirdi. Həmin vaxt  Minkənddə orta məktəb müəllimi idim. Həmin məktəb 1890-cı ildə fəaliyyətə başlayıb. Həmin məktəbin 120 illiyini 2012-ci ildə Bakıda qeyd etdik. Minkənd məktəbini bitirənlərin 19 nəfəri şəhid olub. Onlardan biri 20 Yanvar şəhididir. Yerdə qalanlar Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub. Həmin vaxt Laçında məktəblər bağlı idi. Buna baxmayaraq, bizim kəndin uşaqları məktəbə gəlirdi. 10-cu, 11-ci sinif şagirdləri bizə deyirdi ki, bizə də silah verin.

 

Düşmənə qarşı vuruşaq. Uşaqlar belə vətənpərvər ruhda idi. Amma biz uşaqları silah qarşısına çıxartmırdıq. Həmin vaxt rəsmi olmasa da hamı işə gəlirdi. Mayın 14-dən sonra vəziyyət daha da gərginləşməyə başladı. Artıq hiss olunurdu ki, Laçından çıxıb harasa getmək lazımdır. Ya Kəlbəcər tərəfə, ya da yol açıq olsa uşaqları sakit bir əraziyə daşımağa ehtiyac vardı”.

 

Yalan vədlər və laçınlıların sönməyən ümidi

 

Müsahibimiz deyir ki, gərginliyə baxmayaraq, Laçının işğal olunacağını gözləmirdilər

 

“O zaman müdafiə naziri Rəhim Qazıyev idi. O, Laçının işğalına qədər ora  gəlmişdi. Bir dəfə  o zamankı AXC liderlərindən Etibar Məmmədov da gəlmişdi. Laçındakı vəziyyətlə yaxından maraqlanmışdı. Təbii ki, vəziyət çox gərgin idi. Hər birimiz kömək edilməsini istəyirdik. Çünki Laçının işğalı bütün Qarabağın işğalı demək idi. Laçın çox böyük ərazi idi. 126 kəndi vardı.  

Laçının müdafiə olunması üçün mütləq şəkildə hakimiyyət nümayəndələri ilə görüşmək lazım idi. Nə vaxt hakimiyyətdə təmsil olunanlardan kömək istəyirdiksə, “başımızı yastığa qoyurdular”. Yalan vədlər verirdilər. Ona görə də bizə heç bir kömək gəlmədi. 1992-ci ilin fevralında Xocalı faciəsi törədilmişdi. Şuşa işğal olunmuşdu. Amma laçınlıların içində bir ümid vardı. Ona görə də Laçının işğal olunacağını gözləmirdik. Erməni-rus qoşunlarının birgə hücumu laçınlıları öz doğma torpaqlarından didərgin saldı”.

 

“Əhalidən silahların yığılması bir siyasət idi”

 

İlqar Şahverdiyev rusların əhalidən silah toplamaq əmrinə Azərbaycan hakimiyyətinin birinci tabe olmasını təəssüflə qeyd edir.

 

“Laçın camaatı qoçaq idi. Lazım gəlsə, Naxçıvana keçməklə ərzaq gətirmək gücündə idik. Sadəcə olaraq erməni-rus birləşmələri eyni vaxtda Laçını işğala məruz qoyurdu. Bu da bizim Laçından kömək məqsədilə başqa yerə getməyimizi əngəlləyirdi. Laçınlıların ciddi ərzaq problemi yox idi. Əsas məsələ silahımızın olmaması idi. Silah problemi Qarabağ münaqişəsi ortaya atılandan sonra yarandı. Nə qədər silah-sursatlarımız vardısa, hamısı toplandı. Əsasən azərbaycanlılar yaşayan ərazidə əhalidən silahları yığırdılar. Ermənilər isə avtomat silahlarla təmin edilmişdilər. Təəssüf ki, Rusiya tərəfindən verilən göstəriş birinci bizdə tətbiq olunurdu. Görünür, bu da bir siyasət idi. Hər şey silahların yığılması ilə başlamışdı. Nəticəsi də göz qabağındadır.

Topun, tüfəngin altında öz torpağını məcburən tərk etmək çox çətindir. Heç bir xalqın başına belə  bir faciənin gətirilməməsini arzulayıram. Hələ uşaqların gözlərindəki ümid bir başqa idi. Laçının işğalı günü onlar elə bilirdilər ki, biz harasa gedirik və qayıdacağıq”.

 

“Kürdlərin ermənilərə qarşı mübarizəsi”

 

 

Laçın sakini deyir ki, kürdlərin Laçında üstünlük təşkil etməsi barədə deyilən fikirlər doğru deyil.

 

“Ara-sıra Laçında kürd xalqlarının üstünlük təşkil etməsi barədə məlumatlar yayırlar. Heç də bu, doğru deyil. Laçında kürdlər yaşayıb, amma geniş kütləni əhatə etməyib. Bir məqamı da deyim. Kürdlər qorxaq xalq deyil. Döyüşkən və mərd camaatdır. Döyüşməkdən heç vaxt qorxmayıblar. Bizimlə birgə ermənilərə qarşı cəsarətlə mübarizə aparıblar. Laçının 5-6 kəndində kürdlər məskunlaşmışdı. Onlar da bizim xalqımızla qaynayıb-qarışmışdı”.  

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb
21.09.2017, 18:57

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR
21.09.2017, 18:42

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
21.09.2017, 18:35

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib
21.09.2017, 18:20

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır   
21.09.2017, 18:18

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV
21.09.2017, 18:15

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV

İlham Əliyev Mali prezidentini təbrik edib
21.09.2017, 18:13

İlham Əliyev Mali prezidentini təbrik edib

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır
21.09.2017, 18:05

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  
21.09.2017, 17:52

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı
21.09.2017, 17:41

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR
21.09.2017, 17:34

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək   
21.09.2017, 17:33

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək  

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib
21.09.2017, 17:26

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   
21.09.2017, 17:22

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.09.2017, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   
21.09.2017, 17:11

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

İraq kürdləri referendumun vaxtını dəyişməyə hazırdı
21.09.2017, 17:09

İraq kürdləri referendumun vaxtını dəyişməyə hazırdı

Elton Məmmədov bacısının işdən çıxarılması haqda danışdı   
21.09.2017, 16:52

Elton Məmmədov bacısının işdən çıxarılması haqda danışdı  

Müdafiə Nazirliyinin Kollegiyası: “Ali Baş Komandanın BMT-dəki fikri ordumuz üçün əmrdir”
21.09.2017, 16:50

Müdafiə Nazirliyinin Kollegiyası: “Ali Baş Komandanın BMT-dəki fikri ordumuz üçün əmrdir”

Azərbaycanlı zəvvarlar heç bir problem yaşamayıb - AÇIQLAMA
21.09.2017, 16:35

Azərbaycanlı zəvvarlar heç bir problem yaşamayıb - AÇIQLAMA

Dadandısa, quduracaq
21.09.2017, 16:31

Dadandısa, quduracaq

Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA
21.09.2017, 16:24

Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA

Gəmi sürücüləri  də sürücülük vəsiqəsi almalı olacaqlar
21.09.2017, 16:18

Gəmi sürücüləri  də sürücülük vəsiqəsi almalı olacaqlar

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edildi   
21.09.2017, 16:12

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edildi  

Ermənistanda biznesmenə “milli qəhrəman” adı verildi
21.09.2017, 16:08

Ermənistanda biznesmenə “milli qəhrəman” adı verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gəldi   
21.09.2017, 15:45

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gəldi  

Yol polisi piyadaları məsuliyyətsizlikdə suçladı
21.09.2017, 15:40

Yol polisi piyadaları məsuliyyətsizlikdə suçladı

Baş Prokurorluq: Qadını vurub qaçan sürücü tutuldu   
21.09.2017, 15:36

Baş Prokurorluq: Qadını vurub qaçan sürücü tutuldu  

İstanbulda məhkəmə binası önündə atışma: yaralı var
21.09.2017, 15:34

İstanbulda məhkəmə binası önündə atışma: yaralı var

Akif Əli haqqında söz-söhbətlərə son qoyuldu - Xaricə getdiyi TƏSDİQLƏNDİ
21.09.2017, 15:29

Akif Əli haqqında söz-söhbətlərə son qoyuldu - Xaricə getdiyi TƏSDİQLƏNDİ

Myanma qaçqın rohincalara vətəndaşlıq verəcək
21.09.2017, 15:28

Myanma qaçqın rohincalara vətəndaşlıq verəcək

“Əl çəkin məndən” – Əli Ömərov
21.09.2017, 15:25

“Əl çəkin məndən” – Əli Ömərov

Ermənistanda 2 nazirlik arasında Qarabağa görə QALMAQAL    
21.09.2017, 15:19

Ermənistanda 2 nazirlik arasında Qarabağa görə QALMAQAL  

Ziya Məmmədovun bacısı bu süjetə görə işdən çıxarılıb - VİDEO
21.09.2017, 15:09

Ziya Məmmədovun bacısı bu süjetə görə işdən çıxarılıb - VİDEO

Elçin Quliyev
21.09.2017, 15:08

Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.15%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(12.5%)
- Məhərrəmlık əsl İslama ziddir(31.5%)