Modern.az

Vəba Yəməndə 115 insanın həyatına son qoydu

Vəba Yəməndə 115 insanın həyatına son qoydu

14 May 2017, 21:41

Yəməndə dəhşətli xəstəliyin qurbanlarının sayı artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin 14 əyalətində vəba xəstəliyinə yoluxma qeydə alınıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, aprel ayının sonunda vəbadan ölənlərin sayı 115 nəfərə çatıb. Ümumilikdə isə ölkədə 8.5 min yoluxma qeydə alınıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir