Modern.az

10 PKK terrorçusu zərərsizləşdirilib

10 PKK terrorçusu zərərsizləşdirilib

Dünya

14 May 2017, 23:15

Türkiyənin Hərbi Hava Qüvvələri PKK terror qruplaşmasına qarşı əməliyyatları davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə İraqın şimalında Zap və Sinat-Haftanin rayonlarında PKK terror qruplaşmasının obyektlərinə zərbələr endirib. Hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Onlardan 2-i Zap, 8-i isə Sinat-Haftanin ərazilərində öldürülüb. Həmçinin, terrorçulara məxsus üç atəş nöqtəsi və dörd sığınacaq da məhv edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir