Modern.az

Rusiya raketdən müdafiə sistemlərini hazır vəziyyətə gətirib

Rusiya raketdən müdafiə sistemlərini hazır vəziyyətə gətirib

15 May 2017, 00:36

“Uzaq Şərqdəki raketdən müdafiə sistemlərimizi hazır vəziyyətə gətirmişik. Rusiyanın bu atışların hədəfində olmadığını bilirik. Lakin istənilən təhdidə qarşı özümüzü qoruyuruq”. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov Şimali Koreya tərəfindən ölkə sərhədinə atılan raketlə bağlı açıqlamasında bildirib.

 

Rusiya Müdafiə Nazirliyi də hazırda Uzaq Şərqdəki bütün hava hücumundan müdafiə sistemlərinin aktiv döyüş hazırlığında və tam gücü ilə növbə çəkdiyini bildirib.

Qeyd edək ki, Koreyanın atdığı ballistik raketin buraxıldığı yerdən Yapon dənizinə doğru 800 km uçduğu, Koreya yarımadasından 400 km məsafədə Yapon dənizinə düşdüyü qeyd edilib. Pentaqon isə Rusiya ilə sərhədə 500 km qalmış yerə düşən raketin Yaponiyadan daha çox, Rusiyaya yaxın olduğunu bildirib. İddiaya görə, bu, Rusiyaya qarşı təhdiddir.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi