Modern.az

Moskvada yaşayan azərbaycanlı yazıçı vəfat edib

Moskvada yaşayan azərbaycanlı yazıçı vəfat edib

15 May 2017, 08:46

Moskvada yaşayan azərbaycanlı yazıçı, şərqşünas alim, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əbdül Hüseynov 92 yaşında mayın 14-də vəfat edib.


Bu barədə Modern.az-a Moskvadan şair Nəsib Nəbioğlu məlumat verib.


Əbdül Hüseynov 25 oktyanr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olub. 1956-cı ildə Aşqabad Dövlət Universitetinin hüquq-tarix fakültəsini bitirib. 1958-ci ilə qədər Türkmənistan mədəniyyət nazirinin müavini olub. 1960-cı ildə Moskvaya köçüb və 1971-ci ildən diplomatik sahədə fəaliyyət göstərib.
Ə.Hüseynov bir tarixçi alim kimi uzun illər Türkiyədə, İranda, Monqolustanda işləyib. Bu ölkələrdə işlədiyi illərdə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı böyük axtarışlar aparıb bütünlüklə vaxtını tariximizi öyrənməyə sərf edib.
O, ”Mustafaxanın xəzinəsi”, “Arzamaslı qadın”, ”İslam dünyasının cəngavəri”, ”Taxta çıxan əkinçi”, ”Qan qardaşları”, ,”Cənuba yürüş”, ”Bəhrəmgurun məhəbbəti və kədəri”, ”Müdrik adamın arzuları”, ”Məhəbbət haqqında üç dastan”, ”Üsyankar Xaqani”, ”Xocalı fəryadı”, ”Müharibənin sədası” kimi tarixi romanlar müəllifidir.

Ə.Hüseynov 30-dan çox roman və povest, digər əsərlər yazıb.

Onun əsərləri ingilis, ispan, alman, fransız, ərəb dillərinə tərcümə edilərək Almaniyada, İranda, Monqolustanda, Türkiyədə, Bolqarıstanda nəşr edilib.
Yazıçının yazdığı ssenarilər əsasında 7 film çəkilib. Əbdül Hüseynov doğma vətəndən kənarda yaşasa da, ədəbiyyatımızı və mədəniyyətimizi layiqincə təmsil edib.


Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...