Modern.az

Mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsi anılacaq

Mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsi anılacaq

15 May 2017, 08:59

Mayın 20-də saat 16:00-da ADO Theatre Collective-də mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Modern.az-ın məlumatına görə, “Son zəng” adlı tədbir Zabil Müqabiloğlunun fəaliyyət və yaradıcılığına həsr olunub. Jurnalistin həyat və yaradıcılığından bəhs edən video-çarxın nümayişi olacaq. Eyni zamanda aktyorlar Z.Müqabiloğlunun şeirlərini oxuyacaqlar. Tədbir çıxışlarla yekunlaşacaq.

Zabil Müqabiloğlu Nəcizadə 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlib. “525-ci qəzet”, “Tərcüman”, “Avropa”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Redaktor və baş redaktor vəzifələrini də icra edib. Bir neçə mükafata layiq görülüb. Eyni zamanda “gunxeber.com” saytını təsis edib, saytın baş redaktoru olub. Jurnalistika fəaliyyəti ilə yanaşı, yazdığı şeirlərlə də yadda qalıb.

Bir neçə ay bundan öncə, Zabil Müqabiloğlu mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi. 26 fevral 2017-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat edib. Ailəli idi, bir oğlu var.

 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...